Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnterpol”un yeni rəhbəri rus general ola bilər

Beynəlxalq Polis Təşkilatı, qısa adı ilə “İnterpol”un Baş Assambleyasının noyabrın 21-də Dubayda keçiriləcək 87-ci sessiyasında yeni prezident seçilməlidir

Məlum olduğu kimi, sentyabrın sonunda təşkilatın əvvəlki çinli rəhbəri Men Hunvey ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Lakin onun yerinə keçməsi gözlənilən namizədin adı indidən qalmaqal yaradıb. Belə ki, “İnterpol” prezidentliyinə əsas namizəd Rusiya nümayəndəsi, təşkilatın vitse-prezidenti Aleksandr Prokopçuk sayılır.

Avropa Parlamentinin deputatı Rebekka Harms “tvitter” hesabında Prokopçukun seçilməsi halında Avropa Birliyi ölkələrini “İntepol”dan çıxmağa çağırıb.

Bu məsələdə Ukrayna tərəfi xüsusilə fəallıq göstərir. Ukrayna nümayəndə heyətinə şəxsən daxili işlər naziri Arsen Avakov rəhbərlik edir.

Rəsmi Kiyev Rusiyanın “İnterpol”un imkanlarından öz siyasi opponentlərini təqib məqsədilə istifadə etdiyini bildirib. Ukrayna rəsmiləri həmçinin Aleksandr Prokopçukun vaxtilə Xarici Kəşfiyyat Xidmətində çalışdığını vurğulayırlar.

Avakov sosial şəbəkədəki hesabında daha da irəli gedərək, A.Prokopçuku Hitler Almaniyasının Gestapo zabitləri ilə müqayisə edib. O, təşkilata vaxtilə, 1938-1945-ci illərdə faşist Almaniyasından Reynhard Heydrix və Ernest Kaltenbrunner kimi cəlladların rəhbərlik etdiyini xatırladıb.

Ukraynanın etiraz etdiyi Aleksandr Prokopçuk Rusiya polisinin general-mayorudur. O, 2006-2011-ci illərdə Rusiya Daxili İşlər nazirliyində “İnterpol”un Milli Bürosuna rəhbərlik edib. 2016-cı ildə isə general Aleksandr Prokopçuk təşkilatın vitse-prezidenti vəzifəsinə seçilib.(musavat.com)

pia.az


Etiket: “İnterpol”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar