Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şuradan verilən məlumata görə, sənədə Rusiya Jurnalistlər İttifaqının ölkəmizdə səfərdə olan sədri Vladimir Solovyov və MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov imza atıb.

Bu münasibətlə MŞ-də keçirilmiş mərasimdə çıxış edən Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. Şuranın şikayətləri araşdırma təcrübəsi, həyata keçirdiyi tematik tədbirlər barədə məlumat verən MŞ sədri həmçinin Azərbaycanda söz və ifadə azadlığı sahəsindəki vəziyyətin xarakterik xüsusiyyətlərinə diqqət çəkib. Ə.Amaşov MŞ-nin beynəlxalq əlaqələri barədə də məlumat verib və bildirib ki, Rusiyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya jurnalist səfərləri gerçəkləşdirilməkdədir. Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasındakı əməkdaşlıq Memorandumu bu prosesin daha təkmil formada reallaşdırılmasını təmin edəcək, eyni zamanda faydalı nəticələr verəcək.

Rusiya Jurnalistlər İttifaqının sədri V.Solovyov da əməkdaşlıq Memorandumunun iki ölkənin media qurumları, eləcə də jurnalistləri arasındakı təmasın daha sistemli şəkildə qurulması üçün etibarlı baza rolunu oynayacağına əminliyini vurğulayıb. O habelə rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb və bildirib ki, Rusiya Jurnalistlər İttifaqı Avropanın ən böyük jurnalist təşkilatlarındandır. Tərkibində 100 min nəfəri birləşdirən İttifaqda 82 regional təşkilat, 40 yaradıcılıq birliyi, assosiasiyası təmsil olunur.

Görüşdə həm Mətbuat Şurasının, həm də Rusiya Jurnalistlər İttifaqının jurnalist hüquqlarının qorunması, onların təhlükəsizliklərinin təmin olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də jurnalistika sahəsində gerçəkləşdirdikləri müxtəlif fəaliyyət növlərinin oxşar və fərqli cəhətləri müzakirə edilib.

Qeyd edək ki, Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq Memorandumunda jurnalistlərin və KİV nümayəndə heyətlərinin biri-birinin fəaliyyəti ilə tanış olmaları üçün qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək göstərilməsi, jurnalistikaya dair təlim vasitələrinin hazırlanmasında və nəşrində birgə iştirak, hər iki ölkənin, eləcə də digər maraqlı ölkələrdən olan tərəflərin iştirakı ilə konfranslar, treninqlər, müsabiqə və seminarlar təşkil etmək, qarşılıqlı maraq doğuran məsələlərdə informasiya mübadiləsi aparmaq və sair məqamlar nəzərdə tutulub.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar