Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaçqınlar əleyhinə 69 maddəlik qanunun müəllifi olan nazir yola salınır

2019-ci il yanvarın 19-da Horst Zeehofer XDP-nın başçısı vəzifəsini tərk edəcək

Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət gösərən Leqat inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, yeni sədr partiyanın növbədənkənar qurultayında seçiləcək. Yazılı bəyanatda Zeehofer Horst Daxili İşlər naziri vəzifəsindən də getməsi ehtimalı barədə sualı açıq saxlayıb.

Almaniya hökumət koalisiyasının Bavariya Xristian- Sosial İttifaqının sədri Horst Zeehofer rəsmi olaraq 19 yanvar 2019-cu ildə öz vəzifəsini tərk edəcəyini bəyan edib. Elə həmin gün partiya növbədənkənar qurultayında öz yeni sədrini seçəcək. “2019-cu il XDİ üçün yenilənmə ili olmalıdır”, – dpa agentliyi Zeehoferin bəyanatından sitat gətirib.

Nazir vəzifəsində nə qədər qalacağı barədə suala siyasətçi hələlik cavab verməyib.

Zeehoferin əvəzinə XDİ-nın başçısı vəzifəsinə Bavariyanın baş naziri Markusun keçəcəyi ehtimalı daha çoxdur.

Partiyanın təzyiqi altınd XDİ-nın başçısı vəzifəsindən getməsi barədə fikrini Zeehofer oktyabr ayının sonunda elan etmişdi. O bildirmişdir ki, Bavariyada torpaq seçkilərində partiyasının böyük məğlubiyyətinin tam məsuliyyətini öz üzərinə götürməyə razı deyil və “ondansa öz vəzifəsindən imtina etməyə hazırdır”.

14 oktyabrda baş tutmuş Bavariyanın Landtag seçkilərində XDİ yalnız 37,6 faiz səs toplamaqla və böyük əksəriyyətdən məhrum olaraq 1950-ci ildən bəri ən pis nəticə göstərib. Sosial sorğuların məlumatları təsdiq edir ki, XDİ-nın tərəfdarları və partiyanın bir çox üzvləri reytingin bu qədər aşağı düşməsini Zeehoferin şəxsi məsuliyyəti üzərinə atırlar.

Məlumat üçün bildirək ki, H.Zeehofer qaçqınlar əleyhinə 69 madəllik qanunun müəllifidir. O, bu ilin yayı alman mətbuatının gündəmindən düşməyib. H.Zeehofer 69-cu doğum günündə 69 əfqanın deportasiya edildiyini açıqlamışdı. Münxen-Kabil reysi ilə deportasiya edilən əfqanlardan biri ölkəsinə çatan kimi özünü asaraq intihar etmiş, bu olaya görə Horst Zeehofer kəskin tənqid olunmuşdu.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar