Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Argentinada matəm elan olundu

Argentina prezidenti Maurisio Makri 2017-ci ildə itən “San-Juan” sualtı qayığının ekipajı üçün 3 günlük matəm elan edib

AzərTAc xəbər verir ki, prezident həmçinin sualtı qayığın axtarışında iştirak edən bütün ölkələrə təşəkkürünü bildirib.

Argentinanın Hərbi Dəniz Qüvvələri “Twitter” sosial şəbəkəsində “San-Juan” sualtı qayığının dəniz dibindəki şəkillərini yayımlayıb. Kadrlarda sualtı qayığın dağılmış korpusu və hərəkət vinti görünür. Mar-del-Plata hərbi dəniz bazasının komandanı Qabriel Attis aşkarlanan sualtı qayığın gövdəsinin deformasiyaya uğradığını və üzərində partlayış izlərinin olduğunu bildirib.

“San Juan” sualtı qayığı “Ocean Infinity” kompaniyası tərəfindən yoxa çıxdığı rayonda su səthindən 800 metr dərinlikdə aşkar edilib. Argentinanın müdafiə naziri Oskar Aquad itkin düşən ekipaj üzvlərinin ailələri qarşısında çıxış edərkən Hərbi Dəniz Qüvvələrinin sualtı qayığın axtarışı üzrə əməliyyatlara 780 milyon peso (təxminən 31 milyon avro) xərclədiyini bildirib.

Xatırladaq ki, Argentinanın Uşuaya limanından səfərə çıxan və göyərtəsində 44 ekipaj üzvünün olduğu dizel-elektrik mühərrikli “San Juan” sualtı qayığı ilə əlaqə 2017-ci il noyabrın 15-də kəsilmişdi. Noyabrın 30-da ölkənin Hərbi Dəniz Qüvvələri ekipajin xilas edilməsi üzrə əməliyyatların dayandığını, sualtı qayığın axtarışlarının isə davam etdiyini bildirmişdi.

pia.az


Etiket: Argentina matəm

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar