Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Tehran: “Avropa nüvə sazişini xilas edəcək”

Bu ilin mayında ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxmasına baxmayaraq, Tehran ümid edir ki, digər böyük güclərlə əməkdaşlıq nəticəsində sazişi xilas etmək mümkün olacaq

 

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu gün keçirdiyi mətbuat konfransında deyib.

İranla ticarəti ABŞ-ın sanksiyalarından qorumaq üçün Avropa İttifaqının təşəbbüs göstərdiyi mexanizmin tətbiqi ilə bağlı bəzi qeyri-müəyyənliklər var. Lakin biz ümid edirik ki, Avropa ölkələri sazişi xilas edə biləcəklər. Biz Avropadan xüsusi şirkəti mümkün qədər tez yaradacağını gözləyirik. Nüvə sazişinin digər iştirakçıları öz öhdəliklərinə əməl etdikcə, İran da özününkünə sadiq qalacaq”, – İran XİN-in rəsmisi bəyan edib.

Xatırladaq ki, sentyabrın sonlarında BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞ sanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəliblər.

Lakin ötən həftə avropalı diplomatlar “Reuters”ə bildiriblər ki, Brüssel bu ay ərzində mexanizmi işə salmağa çalışsa da, İttifaqa üzv olan dövlətlər bu mexanizmin leqallaşdırılması üçün lazım olan xüsusi şirkətin qeydiyyatını öz yurisdiksiyalarına almaq istəməyiblər.(azvision.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar