Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Milli Məclisdə Qarabağ Komitəsi yaradılsın” – Politoloqdan təklif

Elxan Şahinoğlu: “Belə bir qanuna ehtiyac var və bu qanunu rəsmiləşdirmək lazımdır”

Əhəd Məmmədli: “İşğal altında olan torpaqlarımızla bağlı qanun layihəsinin qəbul edilməsi hüquqi bir addımdır”.

Bildiyimiz kimi sabiq xarici işlər naziri Tofiq Zülfüqarov işğal altında olan torpaqlarımızla bağlı qanun layihəsi qəbul etməyə çağırıb. Belə ki, sabiq xarici işlər naziri bildirib ki: “Milli Məclis lazımı qanunu qəbul etsəydi, Baş Prokurorluq müəyyən şəxslərə qarşı anti-konstitusion fəaliyyət faktı ilə cinayət işi açar, onları İnterpol xətti və MDB-nin mövcud beynəlxalq mexanizmi çərçivəsində beynəlxalq axtarışa verərdi. Əgər bundan sonra Bako Saakyan və digər şəxslər İnterpol və Fransa hökuməti tərəfindən bu ölkəyə səfərləri zamanı həbs edilməsəydi, o zaman Xarici İşlər Nazirliyinin qəzəbli bəyanatını yaymaq olardı. Soruşa bilərsiniz ki, bu, əvvəllər niyə edilməyib? Cavab verirəm: hər şey çox sadədir. Əvvəl ümid var idi ki, bu kateqoriyadan olan şəxslərlə danışıqlarda razılşmaq mümkün olacaq, ancaq indi o ümid də yoxdur. Üstəlik, artıq 20 ildir ki, Xankəndidən olan klounlar əvəzinə Minsk Qrupu çərçivəsində Azərbaycanla danışıqları Ermənistan rəhbəri aparır. Ona görə də Azərbaycan Respublikasınının Baş Prokurorluğu dərhal mövcud cinayət işini qaldırmalıdır ki, bu erməni sirkinin qastrolları kəsilsin”.

Həmçinin sabiq nazir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş əraziləri haqda qanunun olması hüquqi baxımdan addımlar atmağımıza daha geniş imkanlar açardı: “Dağlıq Qarabağ separatçıları təkcə həmsədr ölkələr tərəfindən yox, həm də Ermənistan tərəfindən müstəqil subyekt kimi tanınmır. Saakyanın özünü necə təqdim etməsi özünün şəxsi işidir, söhbət onun özünü təqdim etdiyi şəkildə qəbul edilməsindən gedir. Əslində dünyada milyonlarla insan özlərini olduqları kimi qəbul etmirlər. Ermənistan milli təhlükəsizlik xidmətinin əməkdaşı Fransa qanunlarını pozubmu? Əlbəttə ki, yox. Əgər Azərbaycanda ona cinayət işi qaldırılmayıbsa, o zaman belə çıxır ki, o, Azərbaycan qanunlarını da pozmayıb. Bax ,nəticədə belə hüquqi kolliziya yaranır. Bəs nə üçün Krım, Donetsk, Abxaziya, Osetiya rəhbərlərinin dünyanın bütün ölkələrinə çıxışının qadağan olunması ilə bağlı praktika mövcuddur? Cavab sadədir, çünki Ukrayna və Gürcüstan işğal haqqında qanun qəbul edir və bu qanun çərçivəsində dövlətin maraqlarına qarşı fəaliyyət, təbliğat aparan şəxslərə qarşı cinayət işi qaldırırlar”.

Qeyd edək ki, oxşar separatçılıqla üzləşən Gürcüstan və Ukraynada artıq çoxdan belə bir qanun qəbul olunub. Xüsusilə Ukraynada DXR və LXR kimi separatçı qurumların nəzarətində olan torpaqların statusu qanunla təsdiqlənib və bu qanunda Rusiya işğalçı tərəf kimi tanınınıb. Oxşar qanunun Azərbaycanda hələ də qəbul olunmaması müəyyən təəccüb doğurur. Çünki Ermənistanın işğalçı tərəf olaraq qanunla təsbit olunması hüquqi və siyasi cəhətdən xüsusi aktuallıq daşıyır.

Azərbaycanda belə bir qanunun olmaması nəylə bağlıdır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğluna və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə müraciət edib.

Elxan Şahinoğlu: “Bu qanun çərçivəsində konkret tələblər də qoyulmalıdır ki, biz hansı həddə qədər güzəştə gedə bilərik və limitlər nədən ibarətdir”.

Milli Məclisdə Qarabağ Komitəsinin yaradılsının vacibliyini vurğulayan politoloq Elxan Şahinoğlu əlavə edib ki, bu Komitə sırf Dağlıq Qarabağ məsələsi ilə məşğul olsun. Tez-tez Xarici İşlər Nazirliyinin özü və digər diplomatlar bu Komitəyə qapalı şəkildə hesabatlar versin:

“Mən də Tofiq bəylə razıyam. Belə bir qanuna ehtiyac var və bu qanunu qəbul etmək lazımdır. Həmçinin bu qanun çərçivəsində konkret tələblər də qoyulmalıdır ki, biz hansı həddə qədər güzəştə gedə bilərik və limitlər nədən ibarətdir.

Belə bir qanun olmadıqca Ermənistan heç bir addım atmır və atmayacaq. Buna görə də hesab edirəm ki, artıq belə bir qanun layihəsinin müzakirəsi aktuallaşıb.

Hətta vacibdir ki, Milli Məclisdə Qarabağ Komitəsi yaradılsın. Bu Komitə də sırf Dağlıq Qarabağ məsələsi ilə məşğul olsun. Tez-tez Xarici İşlər Nazirliyinin özü və digər diplomatlar bu Komitəyə qapalı şəkildə hesabatlar versin”.

Əhəd Məmmədli: “Belə bir qanunun indiyə qədər qəbul edilməməsi rəsmi Bakının mənfisidir”.

İndiyə qədər Azərbaycan da belə bir qanun olmamasını siyasi konyuktura ilə əlaqələndirən politoloq Əhəd Məmmədli əlavə edib ki, protokol qaydası belə olsa, bu qanun qəbul edilməlidir:

“İşğal altında olan torpaqlarımızla bağlı qanun layihəsinin qəbul edilməsi hüquqi bir addımdır. Bu danışıqlarda Azərbaycan üçün əlavə diplomatik vasitədir. İndiyə qədər Azərbaycan da belə bir qanun olmamasını siyasi konyuktura ilə əlaqələndirirəm.

Belə bir qanunun indiyə qədər qəbul edilməməsi rəsmi Bakının mənfisidir. Lakin danışıqlarda bu cür qanunların etkisi o qədərdə böyük olmur. Amma istənilən halda protokol qaydası belə olsa, bu qanun qəbul edilməlidir”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar