Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” - Layihə

“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi çərçivəsində təlimlər keçirildi

 

“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi Zəngilan rayonu 6 nömrəli tam orta məktəbi tərəfindən bu ilin bu ilin iyul ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.

Layihənin məqsədi yeniyetmə və gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onların gələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazır olması istiqmətində baza biliklərinə yiyələnməsinə nail olmaq üçün effektiv yerli və xarici təcrübələrin tətbiqi edilməsidir.

Sözügedən layihə 7 ay ərzində həyata keçiriləcək və oktyabr ayında layihə çərçivəsində yuxarı sinif şagirdləri üçün təlimlər keçirildi. Zəngilan rayonu 6 nömrəli tam orta məktəbinin yuxarı sinif şagirdləri ilə bərabər, təlimdə Bakı və Xırdalan şəhərlərinin bir sıra digər orta ümumitəhsil məktəblərinin yuxarı sinif şagirdləri də, iştirak edirdi. Təlimlərdə buraxılış siniflərində tədris alan şagirdlərin düzgün ixtisas seçimində istiqamətləndirmə üçün istifadə edilən uğurlu “alət”lər, ölkəmizdə və xaricdə bu sahədəki praktika müzakirə olundu, ekspertlər öz tövsiyələrini verdi. Təlimin əsas mövzuları düzgün peşə seçimində dinləyicilərin bilik və bacarıqlarını artırmaq istiqamətində idi. Yekunda fəal iştirakçılar sertifikatlarla təltif edildilər.

Növbəti aylarda təlimlərdə iştirak etmiş şagirdlərdən formalaşan qrup Bakıda yerləşən yerli təşkilatları, biznes qurumları, tədris mərkəzləri və s. səfərləri və həmin qurumlarının iş fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəkdirlər. Belə səfərlər nəticəsində təlimə cəlb edilmiş fəal dinləyicilərin praktiki bilikləri artacaq, təlimdə nəzəri olaraq əldə etdikləri biliklərin əyani görmək imkanı qazanacaqlar.

Həyata keçirilmiş fəaliyyətlərin sonunda ictimaiyyəti, valideynləri, müəllimləri, şagirdləri və KİV-ləri layihənin gedişi,əldə edilən uğurları haqqında məlumatlandırmaq üçün yekun prezentasiya təşkil ediləcəkdir. Burada layihənin məqsəd və vəzifələri, fəaliyyət zamanı ortaya çıxan problemlər və onların həlli, uğurlar, nəticələr, eləcə də statistik məlumatlar bölüşəcək, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Layihə gələn ilin yanvarında yekunlaşacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar