Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda güllələnərək öldürülən "avtoş" Cabi̇r ki̇mdi̇r?

Noyabrın 17-si günorta saatlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsində güllələnən "avtoş" Cabirin fotoları yayılıb

PİA.az Sonxeber.az-a istinadən verdiyi məlumata görə, Şüvəlan qəsəbə sakini 1992-ci il təvəllüdlü Babayev Cabir Yaşar oğlu Şərifov Vüqar Bəxtiyar oğlu tərəfindən güllələnərək öldürülüb. Məlumata görə, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş"larından olub və "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə Cabirə tuş gəlib.

Hadisədən sonra V.Şərifov polisə könüllü şəkildə təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Qeyd edək ki, "avtoş 012" ləqəbi ilə tanınan Cabir Babayev Bakıda müxtəlif VAZ markalı avtomobillərlə avtoxuliqanlıq etməklə tanınıb. Bir neçə il öncə o, paytaxt küçələrindən birində yolayrıcını Yol-Patrul Xidməti avtobilinin qarşısından maximum sürət həddi ilə keçdiyinə görə dillər əzbərinə çevrilmişdi. Belə ki, 10 YP 334 dövlət nömrə nişanlı YPX avtomobilinin qarşısından yüksək sürətlə keçən nəqliyyat vasitəsi 90 KG 012 dövlət nömrə nişanlı VAZ 21 07 markalı avtomobil Bakı kəndlərində "Cabir-012" ləqəbilə tanınan "avtoş" Cabirə məxsus olub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar