Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu Vaşinqtonun apardığı vasitəçilik missiyasına zərbə vurur

PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma separtaçı rejimin başçsı Bako Saakyanın Fransadan sonra ABŞ-a səfəri Minsk qrupu çərçivəsində Vaşinqtonun apardığı vasitəçilik missiyasına zərbə vurur.

Separatçılığı təbliğ edən birinin ABŞ getməsinə yaşıl işıq yandırılması, Vaşinqtonun münaqişənin həllində ikili stansartalarının təzahürüdür. Göründüyü kimi Minsk qrupunun üç həmsədr dövlətinin fəaliyyəti demək olar ki, separtizmi dəstəkləmək və danışıqlar prosesinə zərbə vuran addımlara yol verməkdi.

Qeyd edim ki, rəsmi Bakı Fransa və ABŞ-ın diqqətinə çatdırılmalıdır ki, Bako Saakyan birbaşa Rusiyanın xüsusi xidmət oraqnlarına bağlı şəxsdir və onun fəaliyyəti ABŞ-ın, Fransanın regionda maraqlarına qarşıdır.

ABŞ digər separtçılara qarşı sanksiyalar tətbiq edirsə, niyə Azərbaycanın işğal olunmuş ərazilərində separatçıları ölkəsinə girişinə icazə verir. Bununla bağlı ölkəmizdəki Fransa, ABŞRusiya səfirliyinə sorğu göndərəcəm. Onların cavablarını ictimaiyyətə açıqlayacam.

Hazırda Minsk qrupunun həmsədr ölkələrinə münaqişənin həlli ilə bağlı etimad etmək olmaz. Təssüf ki, ABŞ prezidentinin regiona xüsusi diqqətinin artması, Azərbaycan prezidentinə bu il ərzində ünvanladığı məktubunda Qarabağ münaqişəsinin yaxın aylarda həllində irəlləyiş olacaq kimi mesajlar verməsi, ardınca milli təhlükəsizlik müşaviri Con Boltonun regiona səfəri çərçivəsində Qarabağ münaqişəsinin Yerevanda tezliklə həll edilməsini qeyd etməsi Vaşinqtonun münaqişənin həllində maraqlı olduğunun göstəricisi idi.

Belə bir siyasi situasiyada separatçı və hərbi cinayətkar olan Bako Saakayanın ABŞ səfəri müəyyən suallar doğurur. Bu onu göstərir ki, Minsk qrupu çərçivəsində danışıqlar formatı uğurlu olmayacaq. Qeyd edim ki, real və subsatantiv danışıqlar bu format çərçivəsində mümkün deyil.

Azərbaycan rəsmən Minsk qrupuna alternativ olaraq Türkiyə, Avropa İttifaqı və Almaniyadan ibarət olan yeni bir danışıqlar formatı üçün qrumun yaradılmasını şərt kimi irəli sürməlidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar