Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda 1.2 ton heroin müsadirə olunub”

O bildirib ki, ermənilər Azərbaycanın işğal altında olan ərazilərində narkotik maddələr yetişdirir

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edilib, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın İranla dövlət sərhəddinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib və həmin ərazidən Avropaya narkotik vasitələr daşınır”.

Agentliklər xəbər verir ki, bunu BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının Bakıda keçirilən 53-cü sessiyasında çıxış edən baş nazirin müavini Əli Həsənov deyib.

"Narkotik vasitələrin istehsalı və tranziti bazasının yaradılması, terrorçu qrupların formalaşdırılması və onlara təlimlər keçirilərək digər münaqişə zonalarına istiqamətləndirilməsi ilə təhlükənin miqyası daha da artırılıb. Bu işğalçı siyasət beynəlxalq normaları pozur”.

Ə.Həsənov SSRİ dövründə sərhədlərin yaxşı qorunduğunu da qeyd edib: "SSRİ dövründə Azərbaycan sərhədlərini rusiyalı sərhədçilər qoruyurdu. Etiraf edək ki, sərhədlər çox güclü qorunurdu. Oradan narkotik keçirmək mümkün deyildi. SSRİ dağıldıqdan sonra sərhədlər də dağıldı və bu da narkotik vasitələrin qanunsuz dövriyyəsinə şərait yaratdı. Amma hazırda ölkə sərhədləri daha güclü qorunur".

Baş nazirin müavini Azərbaycanın narkotiklərin dövriyyəsinə qarşı apardığı mübarizəyə dair rəqəmlər də açıqlayıb. Bildirib ki, hüquq-mühafizə orqanları təkcə 2018-ci ilin 10 ayı ərzində qanunsuz dövriyyədən 1.2 tona yaxın heroin müsadirə ediblər.

Bu müddət ərzində 2655 fakt üzrə 2.266 ton müxtəlif narkotik maddə ələ keçirilib ki, bunun da 1.2 tona yaxını heroindir.

pia.az

 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar