Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ehtiram Xəlilov gömrükdə "qara kassa" rolunda çıxış edir? - İddia

“Gömrükdə hansı yüklər hara gedir, - bunu ondan soruşmaq olar...”

Hazırda Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general mayoru Ehtiram Xəlilovla bağlı Dia.az-a ilginc informasiyalar daxil olub.

Belə ki, bilgili qaynağın iddialarına görə, əvvəllər Dövlət Gömrük Komitəsinin hazırki sədri Səfər Mehdiyevə o qədər də yaxın olmayan, sonradan, yəni Səfər Mehdiyevin DGK rəhbərliyinə təyinatının ardından səf dəyişdirən Ehtiram Xəlilov bu gün yeni rəhbərliyin "qara kassası" rolunda çıxış etməkdədir.

Məlumatlı mənbə sayta bildirir ki, Ehtiram Xəlilovu hazırda tutuduğu vəzifəyə Səfər Mehdiyev təyin edib: "Daha əvvəl isə o, Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib. Lakin harda işləməsindən, yəni hansı kürsüdə oturmasından asılı olmayaraq Ehtiram Xəlilovun əsas vəzifəsi məhz köhnə rəhbərliyin özü və qonaqları üçün məclis tərtib etmək olub".

Mənbənin sözlərinə görə, Etiram Xəlilovun əsas istedadı da məhz bunula yekunlaşıb: "Yəni onun peşəkar gömrükçü kimi elə bir məziyyətləri də yoxdur. General paqonunu da ona elə köhnə rəhbərlik hədiyyə edib. Amma sonradan Ehtiram Xəlilov "hər cür şəraitə uyğunlaşma" məharətini ortaya qoyaraq Səfər Mehdiyevin səngərində yer alıb. Nəticəsi isə təbii ki, vəzifə mükafatı və bu gün də Səfər Mehdiyevin xidmətində dayanmaq olub".

Mənbə açıqlamasında əlavə edir: "Səfər Mehdiyev DGK sədri olduqdan sonra Etiram Xəlilov bütün qara biznesə nəzarətetməkdədir. Gömrükdə hansı yüklər hara gedir, - bunu ondan soruşmaq olar. Təbii ki, bu da Səfər Mehdiyev üçün olduqca incə məsələlərdəndir".

Qarşı tərəfi də dinləməyə hazırıq.

Mənbə: dia.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar