Çərşənbə, 20 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Büdcə müzakirələri yenidən başlayır

Bu gün Milli Məclisin (MM) komitələrində 2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələrinin növbəti müzakirəsi keçiriləcək

Bu dəfə millət vəkilləri büdcə zərfini ikinci oxunuşda müzakirə edəcəklər.

İkinci oxunuşun ilkin müzakirələri beş komitənin - İqtisadi siyasət, Sənaye və sahibkarlıq, Aqrar siyasət, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, ekologiya və energetika, həmçinin, Dini qurumlar və ictimai birliklər komitələrinin bircə iclasında keçiriləcək.

Komitələrin birgə iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sədrlik edəcək.

İclasda komitə üzvləri ilə yanaşı, maliyyə naziri və onun müavini, əmək və əhalinin sosial müdafiəsi naziri, həmçinin, digər nazirlik və dövlət qurumlarının rəhbər şəxsləri iştirak edəcəklər.

Qeyd edək ki, müzakirələr noyabrın 20-si və 21-də digər komitələrdə davam etdiriləcək.

Müzakirələrdən sonra büdcə zərfi ayın 23-də keçiriləcək plenar iclasın ikinci oxunuşuna tövsiyə olunacaq.

Büdcə müzakirələrinə bütövlükdə noyabrın 30-da yekun vurulacaq.

Qeyd edək ki, 2019-cu ilin büdcəsi 24 milyard 780 milyon manatdır. (oxu.az)

pia.az

Etiket: Milli Məclis

Şərh yazın.

loading...