Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Belarus dəmir yolları ilə bağlı razılığa gəldilər

"Belarus Dəmir Yolları" Dövlət Birliyi və "Azərbaycan Dəmir Yolları" QSC bu gün ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökümətlərarası komissiyasının 11-ci iclasının yekunları üzrə qarşılıqlı faydalı əməkdaşlıq haqqında saziş imzalayıblar

Bu barədə Belarusun "BELTA" agentliyi xəbər yayıb.

"Belarus Dəmir Yolları"nın rəisi Vladimir Morozov bildirib ki, iki ölkə dəmir yolları arasında qarşılıqlı əlaqə ənənəvidir, bağlanmış saziş artıq mövcud işlərin formallaşdırılması üçün deyil, həm də bu layihə yeni təkan verəcək.

V.Morozov deyib: "Belarus və Azərbaycan arasında daha rahat və sabit nəqliyyat əlaqələrinin qurulması nəzərdə tutulur. Xüsusən "Şimal-Cənub" inkişaf etdirilməsi, Hindistan, İran, Azərbaycan və Belarusdan yüklərin nəqli üçün şərait yaradılması çox vacibdir. İmzalanan saziş tarif və texnoloji istiqamətlər üzrə işçi qruplatın yaradılmasını da nəzərdə tutur".

"Belarus Dəmir Yolları"nın rəisi daha sonra əlavə edib ki, 2 ölkə arasında yüklərin 96 faizi dəmir yolu vasitəsi ilə daşınır: "Biz həcmin artırılmasında maraqlıyıq. Bunun üçün uyğun tariflər, yaxşı logistika xidmətləri, heyət, eləcə də iki ölkənin müvafiq idarələri arasında dəqiq iş aparılması lazımdır. Tranzit dəhlizinin böyük hissəsi Rusiya Federasiyasının ərazisindən keçir. Biz tərəfdaşlamızla tarif və texlonoji məsələləri razılaşdırmaq istiqamətində işləyirik".

Qeyd edək ki, "Şimal-Cənub" tranzit dəhlizi Şimali Avropanı Hindistan və Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün nəzərdə tutulub. Bu layihə həmçinin İran, AzərbaycanRusiya dəmir yollarının birləşdirilməsində bağ rolunu oynayacaq.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar