2017-ci ilin dekabr ayında Rusiyada dəhşətli hadisə yaşanıb. Həyat yoldaşı ilə mübahisə edən Marqarita Qraçevanın əlləri kəsilib
Marqarita BBC kanalına dəhşətli hadisənin təfərrüatlarını danışıb: "Məni avtomobili ilə bir meşəyə apardı. Daha sonra əllərini meşədəki ağacın üstünə qoy dedi. Başımı çevirməmi söylədi, sonra da əllərimi kəsdi"
Qeyd edək ki, hadisə baş verəndən dərhal sonra həkimlər qadının sol əlini 10 saat davam edən bir əməliyyatla yerinə tikə biliblər. Əlləri kəsilən qadın üçün dünyanın dörd bir tərəfindən yardımlar da edilib. Marqarita Qraçeva üçün 65 min dollar pul toplanılıb. Şiddətə məruz qalan qadın üçün toplanılan məbləğ ilə də ona bionik sağ əl alınıb.
Marqarita baş verən hadisədən bir neçə ay öncə də həyat yoldaşının ona bıçaqla hücum etdiyini deyib. Onu davamlı olaraq xəyanətdə günahldırdığını bildirib. Polisdən yardım uman qadın ona kömək göstərilmədiyini və polislərin də ona "yaxın günlərdə barışarsınız, ciddi bir şey deyil" dediyini bildirib.
Həyat yoldaşının əllərini kəsdikdən sonra həbs edilən Dimitri Qraçev törtədiyi hadisəni etiraf edib. Adam qaçırma, təhdid etmə və adam yaralama maddələri ilə günahlandırılan Dimitri Qraçev 14 illik azadlıqdan məhrum edilib.(musavat.com)
pia.az