Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Ermənistan TIR-larına qapıları açıb...

Türkiyədə fəaliyyət göstərən əsassız erməni iddiaları ilə mübarizə dərnəyi ASİMDER-in başqanı Göksel Gülbey Ankaranın Ermənistan TIR-ları üçün qapıları açdığını bildirib

Göksül Gülbey ildə 400 Ermənistan TIR-larına Trabzon limanı üzərindən yükdaşıma icazəsi verildiyini açıqlayıb.

Onun bildirdiyinə görə, həmin icazəni Türkiyənin Tiflisdəki səfirliyi verib. Ermənistan TIR-ları indiyə qədər yükləri daşımaq üçün Gürcüstanın Poti limanından istifadə edirdi. Lakin Gülbey deyir ki, Trabzon limanından istifadə etmək erməni TIR sürücülərinə 600 dollar daha ucuz başa gəlir.

Onun bildirdiyinə görə 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan-Türkiyə sərhədindən keçən Ermənistan TIR-ları üçün kvota tətbiq edilmişdi. Lakin son vaxtlar Ermənistanın yükdaşıma şirkətləri Poti limanına nisbətən 600 dollar ucuz olduğuna görə Trabzon limanından istifadə etməyə başlayıblar. Türkiyə qanunlarına görə Ermənistan şoferləri bu ölkəyə turist kimi daxil ola bilməz və ancaq iş icazəsi almaqla girə bilər. Bu problemi həll etmək üçün əvvəlcə Ukrayna tərəfi vasitəçilik edib. Sonra isə Gürcüstandakı Türkiyə səfirliyi erməni TIR sürücülərinə çalışma icazəsini təsdiq edən sənədlər verir.

Göksel Gülbey

Ermənistanla Türkiyə arasında hər gün Yerevan-İstanbul reysi ilə bir dəfə təyyarə uçur. Gürcüstan və İran üzərindən ölkəmizə minlərlə Ermənistan vətəndaşı əl-qolunu sallayaraq daxil olur, 70 mindən çox erməni Türkiyədə qeyri-leqal işləməkdədir. Avtobus firmaları hər gün iki ölkə arasında turizm səfərləri təşkil edir. İndi isə Gürcüstandakı səfirliyimiz tərəfindən diplomatik embarqo dəlinib. ASİMDER olaraq bütün səlahiyyətlilərə sual edirik: bu necə embarqodur?”-Göksel Gülbey bildirib.

Türkiyənin Trabzon limanı üzərindən Ermənistana sərhədlərini açdığnı erməni qaynaqları da təsdiqləyir. Üstəlik məlum olur ki, Ermənistan TIR-larının Trabzon limanından istifadəsinə icazə verilməsi hələ 2012-ci ildən başlayıb.

Ermənistan TIR-ları Ermənistanın Sahibkarlar və İş Adamları Birliyinin nümayəndəsi Artur Kazaryan 2012-ci ilin iyulunda “Novosti Armenia” agentliyinə açıqlamasında deyib ki, Türkiyə ildə 200 Ermənistan TIR avtomobilinə Trabzon limanından dünyaya açılma icazəsi verib.

“Türkiyənin Trabzon limanının erməni yükdaşıyanları üçün açılmasına ötən il cəhd etdik. O zaman ciddi maneə ilə qarşılaşdıq. Məlum oldu ki, erməni TIR şoferləri Türkiyəyə bu ölkənin qanunlarına əsasən turist kimi girə bilməz, ancaq iş icazəsi almaqla girə bilər. Ermənistanda isə məlum olduğu kimi Türkiyənin səfirliyi və konsulluğu yoxdur. Nəticədə bu məsələdə Ukrayna bizə yardımçı oldu, vasitəçilik etdi. İlin sonunda türk tərəfi ilə aparılan müzakirələr nəticəsində erməni TIR sürücülərinə lazım olan iş vizsının Gürcüstandakı Türkiyə səfirliyi tərəfindən verilməsi barədə anlaşma əldə edildi. Beləliklə də 2012-ci ildə 200 erməni TIR avtomobili Türkiyəyə daxil olmaq imkanı qazandı. Bu rəqəm 400-600 TIR qədər arta bilər”-Kazaryan deyib.

A.Kazaryan deyib ki, Trabzon limanından istifadə Poti limanı ilə müqayisədə 600 dollar daha ucuzdur.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar