Niderlandda Milad bayramı ərəfəsində keçirilən ənənəvi gəzintilər zamanı kütləvi iğtişaşlar qeydə alınıb
Buna səbəb Niderland folklorunun qəhrəmanı, Santa-Klausun bənzəri - Santaklaasın kömkçisi olan Qara Pit personajı olub.
Pitə etiraz edənlər yumurta atıb və dava salıblar.
Narazılığı isə personajın sifətinin qara rəngə boyaması doğurub ki, bu da irqçilik kimi dəyərləndirilib.
Yerli polisdən 3 nəfərin həbs edildiyini bildiriblər. Niderlandın baş naziri Mark Rutte vətəndaşları qanunları pozmamağa çağırıb. (oxu.az)
pia.az