Çərşənbə axşamı, 23 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Kosovo-Azərbaycan oyununu fransalı hakimlər idarə edəcək

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 20-də Priştinada “Fadil Vokkri” stadionunda keçiriləcək Kosovo-Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib

Oyunu fransalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Benua Miyo olacaq. Medi Ramuni və Bertran Juannu yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Frank Şnayderlə Kərim Abed əlavə köməkçi, Benjamen Pajes isə dördüncü hakim olacaq. Qarşılaşmaya hakim-inspektor qismində rusiyalı Aleksandr Qvardis təyinat alıb. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.(vitualaz.org)

pia.az


Şərh yazın.

loading...