Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avropa ordusu böhran anlarında cəld reaksiya verə bilməlidir”

Almaniya ordusunun (Bundesver) generalı Eberрard Sorn ölkənin “Tagesspiegel” qəzetində vahid Avropa ordusunun yaradılması ideyası ilə bağl fikirlərini paylaşıb

Alman generalın fikrincə, Almaniyanın özünü müdafiə etmək qabiliyyəti var: “Lakin Almaniyanı ayrılıqda NATOAvropa Birliyindəki tərəfdaşları olmadan götürmək olmaz. Biz BMT, NATOAvropa Birliyinin keçirdiyi bütün əməliyyatlarda iştirak edirik”.

General Eberqard Sorn hazırda döyüş hazırlığı ilə bağlı aktual problemi NATO-nun çoxmillətli hərbi kontigenti ilə deyil, “soyuq müharibə”dən sonra tank sayının kəskin surətdə azaldılması ilə bağlayır: “2001-ci ilin 11 sentyabr terror aktından sonra Bundesverin əsas diqqəti dünyanın müxtılif bölgələrində həyata keçirilən əməliyyatlara yönəldildi. Krımın işğalından sonra isə artıq öz ərazilərimizin qorunması problemi yarandı”.

Fransa prezidenti Emmanuel Makronun Vahid Avropa ordusu fikrinə də toxunan general E.Sorn bunu təqdirəlayiq hesab edir: “Vahid Avropa öncə böhran vəziyyətlərində cəld reaksiya vermək imkanına malik olmalıdır. Avropa Birliyi bu sahədə əməkdaşlıq imkanlarını gemişləndirir.

Ümumavropa təhlükəsizlik sisteminin qurulmasında qısa adı “Pesco” olaraq ifadə edilən “Daimi strukturlaşdırılımış əməkdaşlıq” Avropa Müdafiə ittifaqının yaradılması üçün ilk addım sayılır. Biz istənilən hücumu dəf etməyə qadır ola biləcək milli silahlı qüvvələrdən ibarət ordunun qurulması üzərində iş aparırıq”.

General hazırda əsas təhdidlər olaraq beynəlxalq terrorizmi, kiberhücumları və NATO üzrə tərəfdaşların müdafiəsi sahəsindəki təhlükələri sıralayıb.(musavat.com)

pia.az


Etiket: Almaniya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar