Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çantada daşına bilən minilaboratoriyaların istehsalı təklif edilir

Azərbaycanlı alim tədqiqatçılar üçün daşımaq və evdə də tədqiqatlar aparmağa imkan verən minilaboratoriyaların istehsalını təklif edir

Azərbaycan Texniki Universitetinin müəllimi Rəhim Əliyev trend-ə bildirib ki, onun tərəfindən tələbə və tədqiqatçılar üçün evdə də tədqiqatlar aparmağa imkan verən analoq və rəqəmli elektronika minilaboratoriya cihazı yaradılıb.

Mütəxəssisin sözlərinə görə, bu cihaz "Elenco" firması tərəfindən təhsil üçün istehsal olunan XK-150 tipli minilabın təkmilləşdirilmiş prototopidir. Lisey və universitetlərdə geniş tətbiq oluna bilən bu miniaboratoriyanın elektronika, avtomatika, mexatronikanın öyrənilməsində böyük əhəmiyyəti var.

R.Əliyev qeyd edib ki, minilaboratoriyanın imkanları hesabına 400 sxem yığmaq və laboratoriya işi görmək olur:

"Minilaboratoriyanı hər bir tələbə özü də alaraq evdə işləyə bilər. Minilaboratoriyanın üstünlüyü ondadır ki, adi laboratoriya şəraitində məhdud zaman çərçivəsində geniş işlər görmək mümkün olmur. Amma çantada da daşına biləcək belə minilaboratoriyalar tələbəyə evdə də istədiyi qədər iş görməyə imkan verir. Biz həm də internet resurs yaradacağıq. Tələbə evdə oturaraq virtual dərslərlə kafedra ilə əlaqə saxlaya bilər. Mən artıq skayp vasitəsilə tələbə ilə əlaqə saxlayaraq onun sxemlərinin düzəldilməsi üçün müəyyən göstərişlər də vermişəm".

Bu layihənin sənayeləşməsini təklif edən R.Əliyev qeyd edib ki, bu kimi layihələrin reallaşması Azərbaycana özünün formalaşdırdığı insan kapitalı sayəsində milli sənayenin inkişafına təkan verər: "Biz bu layihəni Azərbaycanda da istehsal edə bilərik. Bu halda o, ABŞ istehsalından ucuz başa gələ bilər və onun qiyməti maksimum 200 manata olar. Digər tərəfdən, belə laboratoriyaların istifadə müddəti uzunömürlü - 30-40 il olur".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar