Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Azərbaycanda sement və kərpic istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 28,9% artaraq 512,1 mln. manat təşkil edib

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayında ölkədə 2 913,3 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 22,1% çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 245,1 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 90,7% çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında tikinti kərpicinin istehsalı 6,4% artaraq 251,8 min kubmetr təşkil edib. Bu ilin 10 ayı ərzində şüşə lifindən iplik istehsalı 66,2% azalaraq 239,8 ton olub.

Tikinti gipsinin istehsalı 51,5% azalaraq 40 min ton olub. Yanvar-oktyabr aylarında tikinti əhənginin istehsalı 10,9% azalaraq 24,6 ton təşkil edib.

Bu il ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 71,7 ton olaraq, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 21,4% azalıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 33,8% azalaraq 87,3 min kubmetr təşkil edib.

Ötən 10 ay ərzində hörmə üçün hazır beton qarışığının istehsalı 2,1 dəfə artaraq 1 198,1 min ton təşkil edib. Bu müddət ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 37,5% artaraq 26 387,4 ton təşkil edib.

pia.az


Etiket: Sement Kərpic

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar