Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il ölkədə 192,5 min yeni iş yeri açılıb

Bu il Azərbaycanda 192,5 min yeni, o cümlədən 94,5 min daimi iş yerləri açılıb

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 oktyabr 2018-ci il tarixinə qədər olan dövr ərzində, ümumilikdə, 913,6 min olmaqla 624,9 min daimi iş yerləri yaradılıb. 2018-ci ilin doqquz ayı ərzində ölkədə 192,5 min yeni, o cümlədən 94,5 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 42,4 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 24,0 faizi Bakı şəhərinin, 1,0 faizi Naxçıvan Muxtar Respublikasının, 75,0 faizi regionların, o cümlədən 44,3 faizi Aran, 7,5 faizi Lənkəran, 7,0 faizi Gəncə-Qazax, 4,4 faizi Abşeron, 4,3 faizi Yuxarı Qarabağ, 2,8 faizi Şəki-Zaqatala, 2,4 faizi Quba-Xaçmaz, 2,1 faizi Dağlıq Şirvan, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 8,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 33,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 57,5 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar