Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səməd Seyidov: "ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir"

"Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti əsas problemlərdən biridir və bu məsələni nəinki ölkə daxilində təşkil edilmiş tədbirlər çərçivəsində, eləcə də xaricdə müzakirə etmək lazımdır"

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini sədri Səməd Seyidov Bakıda keçirilən “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti diqqəti işğal olunmuş ərazilərimizdəki vəziyyətə cəlb etmək üçün bu məsələni mütəmadi olaraq beynəlxalq qurumlar səviyyəsində qaldırır:

“Bu gün bu məsələ Avropa Şurasının müzakirəsinə çıxarılıb və mən hesab edirəm ki, beynəlxalq qurumlarda, Avropada azərbaycanlı parlamentarilərin mümkün iştirakı ilə bugünkü səviyyədə konfrans keçirmək lazımdır.

Düşünürəm ki, bu tərkibdə çoxtərəfli formatda konfransın təşkili son dərəcə vacibdir. Bu, həmin qlobal problemin həlli mexanizmlərinin axtarışı üçün daha səmərəli vasitə ola bilər”.

Komitə sədri bildirib ki, bu problemə ATƏT-in Minsk qrupu da xüsusi diqqət ayırmalıdır: “Minsk qrupu hər il nümayiş etdirdiyi kimi passiv fəaliyyət göstərməməlidir, əksinə, işğalçı ölkə olan Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar