Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
DİN-dən Milli.Az-a verilən məlumata görə, noyabrın 16-da saat 17 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini İlhamə İslamova vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
pia.az