Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransanı kütləvi etirazlar bürüdü

Bu gün səhər saatlarından başlayaraq Fransanın cənubundakı İzer bölgəsində keçirilən etiraz aksiyaları zamanı bir nəfər ölüb

AzVision.az “BFMTV” telekanalına istinadən xəbər verir ki, insident Pon-de-Bovuazen ərazisində baş verib.

Belə ki, uşağını avtomobillə həkimə aparan qadın benzin qiymətlərinin artmasına etiraz edən aksiyaçıların yolu bağlamasından narahat olub.

Qadın etirazçı kütləni yararaq onların arasından keçmək istəsə də, aksiyaçılar onun avtomobilini hərəkət etməyə qoymayıb və əllərilə maşına vurmağa başlayıblar.

Nəticədə təşvişə düşən qadın maşını kütlənin üzərinə sürərək, 50 yaşlı kişini ölümcül yaralayıb. Xəsarət alanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda şok vəziyyətində olan qadının polisin nəzarəti altında saxlanıldığı bildirilir.

Qeyd edək ki, bu gün bütün Fransa ərazisində benzin qiymətinin qalxmasından şikayət edən sürücülərin irimiqyaslı etiraz aksiyaları keçirilir. Etirazçılar aksiyaya fransalı sürücülərin işığı əks etdirən xüsusi üst geyimi olan “sarı gödəkçələr” adını veriblər.

pia.az


Etiket: Fransa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar