Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: “Məhkəməlik olan 450-dən çox şəhid ailəsinə ödənişlər edilib”

“Nazirliyə birdəfəlik ödənişlərlə bağlı 117 şikayət ərizəsi daxil olub. Bu, 70-75 şəhid üzrədir və Dövlət Kommersiya Şirkəti həmin şəxslərə ödənişin edildiyini bildirib”

“Əgər imzaları saxta hesab edirlərsə, bununla bağlı da müraciət edə bilərlər. Ancaq indiyə kimi belə bir müraciət daxil olmayıb. Araşdırmalar zamanı hər hansı səhv qeydə alınarsa, bunu da düzəltməyə hazırıq”.

Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

Konfransda birdəfəlik ödəmələrin verilməsi, özünəməşğulluq proqramının icrası barədə məlumat verən nazir bu məsələlərin qurumun gündəmində olduğunu vurğulayıb: "Bu, 9500-dən çox hərbi qulluqçunun vərəsələrinə təqdim olunacaq. Bu proqramla şəhid ailələrinin sosial rifahını yüksəltmək üçün 224 şəhidin 300-dək vərəsəsinə ödənişin edilməsi barədə qərar qəbul edilib. Onların yarısına ödəniş olunub. Növbəti həftədə də 300-dən çox vərəsəyə ödənişlərin edilməsi planlaşdırılır.

Məqsəd cari ayın sonuna kimi 1000 şəhid vərəsəsinə ödəniş etməkdir. Növbəti ay bu ödənişlərin sayı da artacaq. Hazırda 800 müraciət araşdırılır. Bununla yanaşı haqqında məhkəmə qərarı olan 450-dən çox şəhid ailəsinə ödənişlər həyata keçirilib. Əsas məqsədimiz ayrılmış 58 milyon vəsaitin böyük hissəsini ödəməkdir".

S.Babayev qeyd edib ki, hər il 100 milyon manatdan çox vəsait şəhid ailələrinə ayrılır: "Onlara müxtəlif növ müavinətlər verilir. Ümumi məbləğ təqribən 150 milyon manat ətrafındadır". (qafqazinfo.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar