Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı qızı övladlığa götürən Nikolay Şvernik...

Kremlin ən ziddiyyətli siyasi fiqurlarından biri sayılan Nikolay Şvernik hələ Leninin Sovet İttifaqına rəhbərliyi dövründən hərbi və siyasi fəaliyyətində bir çox qeyri-adi hadisələrlə yadda qalıb

1918-ci ilin yay aylarında 1-ci divizyanın komissarı olan Şvernik Volqaboyu yayayış məntəqələrində antibolşevik hərəkatının fəaliyyətinə qarşı mübarizə apararkən ağılasığmaz metodlardan istifadə edib. O, əhalini qorxu altında saxlamaq üçün hərəkat fəallarını əhalinin qarşısında güllələyib və əmr edib ki, meyitlər ortadan yığışdırılmasın. Bu cür mübarizə üsulu həmin dövrdə böyük narazılığa, insan kütlələrinin etirazına səbəb olub. Məhz elə buna görə Şverniki tutduğu vəzifədən azad edib Samaraya göndəriblər. O, bir müddət burada ordunun təchizat işləri ilə məşğul olub. Leninin göstərişi ilə Şvernikə böyük kollektivlərlə işləmək qadağan edilib. Çünki Lenin də bilib ki, Şvernik böyük bir kollektivə rəhbərlik edərsə, kimisə cəzalandırmaq lazım gələrsə, o, cəza tədbirlərinin içərisindən yalnız ölüm cəzasını seçəcək.

Mövcud qarışıq siyasi durumda Nikolay Şvernik peşəkarlıqla manevrlər etməyi bacaran siyasətçilərdən olub. 1921-1923-cü illərdə Trotskini dəstəkləyən Şvernik çox böyük ustalıqla Stalinin düşərgəsinə keçib. Sözsüz ki, bu da onun uzaqgörənliyindən irəli gəlib.

Müharibə illərində Şvernik əsasən sənaye müəssisələrinin təhlükəsiz yerlərə köçürülməsi ilə məşğul olub. Bununla yanaşı, o, Ümumittifaq Həmkarlar İttifaqının birinci katibi vəzifəsini daşıyıb. Bu vəzifədə olarkən Şvernik üçün zəhmətkeşlərin hüquqlarının qorunması ən arxa plana düşüb. Məhz onun dövründə əlavə əmək haqqlarının verilməsi kəsilib, iş günü 8 saatdan 10-12 saata qaldırılıb, sağlamlıq üçün zərərli olan iş yerlərinin siyahısı azaldılıb, hətta bu cür işlərdə qadınların da işləməsinə icazə verilib, iş yerlərində texniki təhlükəsizliklə bağlı tədbirlər yox dərəcəsinə enib və s. Bununla da Şvernik bu vəzifədə fəhlə və kəndlilərin sosial rifahı, normal yaşamı üçün heç bir iş görməyib. O, bu vəzifədə yalnız onunla yadda qalıb ki, onun maaşı adi fəhlənin maaşından nə az, nə çox, düz 100 dəfə çox olub. Və o, bu maaşın yüksək olmasını Həmkarlar İttifaqının gəlirli bir təşkilat olması ilə əsaslandırıb. Belə ki, qurumun tabeliyində olan müalicə və istirahət müəssisələri Həmkarlar İttifaqına kifayət qədər böyük vəsait gətirib.

Nədənsə Şvernikin “ərköyünlüyünə” ədalətli rəhbər sayılan Stalin də göz yumub. Hətta əksinə, Stalin onu 1944-cü ildə ölkənin ən yüksək postlarından birinə, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilməsinin təşəbbüskarı olub.

Bu vəzifədə də Şvernik siyasi müstəvidə istədiyi kimi gedişlər edib. Tarixçilərin qənaətinə görə, Stalinin Şvernikə xoş münasibəti səbəbsiz olmayıb. Onların qənaətinə görə Şvernik Stalinin məxfi tapşırıqlarını yerinə yetirib və bu sirr olaraq iki nəfərin arasında qalıb.

Bütün bunlara baxmayaraq Şvernik arada Stalinin qəzəbinə də tuş gəlib. Amma bu siyasi məsələlərlə bağlı olmayıb. Rəhbərə xoş gəlsin deyə Şvernik Stalinin 70 illiyi münasibətilə ona növbəti Sovet İttifaqı Qəhrəmanı adının və “Qələbə” ordeninin verilməsini təklif edib. Bu təklifdən Stalin səsinin tonunu qaldırmaqla imtina edib. Daha sonra Şvernik başqa bir təkliflə çıxış edib. O “Stalin” ordeninin təsis olunmasını təklif edib. Bu təklifə də Stalin çox əsəbi şəkildə reaksiya verərək rədd edib.

Şvernikin digər bir ideyası isə onun rəhbərin otağından qovulmasına səbəb olub. Belə ki, Şvernik Stalin üçün “xüsusi generalissimus mundiri” layihəsini hazırlayaraq rəhbərə təqdim edib. Bu dəfə Stalin Şverniki kabinetindən qovaraq layihəni çırıb.

Stalinin vəfatından sonra bütün gücünü Nikita Xruşovun mövqeyinin möhkəmlənməsinə yönəldən Şvernik siyasi səhnədən kənarda qalmayıb. O, Xruşov hakimiyyəti dövründə Mərkəzi Komitə yanında partiya nəzarəti komissiyasına rəhbərlik edib.
Nikolay Şvernikin yeganə doğma qızı olan Lyudmila SSRİ-də Jukovski adına Akademiyanı bitirən ilk qadın olub. Məhz onun elmi ixtirası nəticəsində SSRİ-də ilk teleproyektorlar istehsal olunub.

1942-ci ildə Şvernik həyat yoldaşı Mariya Fyodorovna ilə birgə ilk azərbaycanlı snayper və kəşfiyyatçı qızı, Ziba Qəniyevanı övladlığa götürüblər. Ziba Qəniyeva 1923-cü ildə Şamaxıda anadan olub. Ailəsi əvvəlcə Qazaxıstana, daha sonra isə Özbəkistana köçüb. Atası azərbaycanlı, anası isə milliyətcə özbək olub. Anası repressiya dalğasına düşdükdən sonra atası Zibanı uşaq evinə qoyub. Ziba Qəniyeva yetkinlik yaşına çatdıqdan sonra müharibəyə getmək qərarına gəlib. Amma sanitar, tibb bacısı, səhra mətbəxində çalışmaq üçün yox, birbaşa döyüşlərdə iştirak etmək istəyib. Beləliklə, Ziba Qəniyeva 1941-ci ilin noyabrın 7-də Moskvada, Qırmızı meydanda keçirilən tarixi paradda iştirak edib və oradan da cəbhəyə yollanıb. Leninqrad cəbhəsində döyüşən Ziba Qəniyevanın döyüş kitabçasında 129 faşistin məhv edilməsi ilə bağlı qeydlər edilib. (Musavat.com Ziba Qəniyeva haqqında xüsusi yazı təqdim edəcək).

1942-ci ildə Ziba Qəniyeva döyüşlərdə yaralanıb və Moskva qospitallarının birinə yerləşdirilib. Şvernikin həyat yoldaşı Mariya Fyodorovna məhz həmin hospitalda işləyib və Zibanı müalicə edən həkim olub. 11 ay müalicə aldıqdan sonra Ziba Qəniyevanın səhhəti tam normallaşıb. Çox mehiban münasibətdə olan həkim və xəstənin gələcək münasibətləri də elə hospitalda müəyyənləşdirilib. Mariya Fyodorovna öz fikrini Zibaya açıq şəkildə deyib: “Uşağın dünyaya gəlməsi üçün ana onu öz bətnində 9 ay saxlayır. Mən isə səni 11 ay saxladım, demək, sən mənim qızımsan...”

Beləliklə də Şverniklər ailəsi Ziba Qəniyevanı övladlığa qəbul ediblər.

Nikolay Şvernik 1966-cı ildə 78 yaşında yaşı və səhhəti ilə əlaqədar öz xahişi ilə bütün vəzifələrdən azad olunub.
Eyni dövrdə çalışdığı yükçinli məmurlar Şvernikin səmimi insan olduğuna həmişə şübhə ilə yanaşıblar, onun anlaşılmaz siyasətini, qeyri-adi siyasi gedişlərini bir çox hallarda həzm edə bilməyiblər. Şvernik isə onların bu qənaətinə bir cümlə ilə cavab verib: “Mənim partiya və xalq qarşısında vicdanla xidmət etməyimin son nəticəsini Qırmızı meydanda dəfn olunmağımla görəcəksiniz. Bu hər siyasətçiyə nəsib olan səadət deyil...”

Onun dediyi kimi də olub. 24 dekabr 1970-ci ildə Nikolay Şvernik 82 yaşında vəfat edib. Onun yandırılmış nəşinin külü Kreml divarlarında yerləşdirilərək üzərinə mərmərdən xatirə lövhəsi vurulub.(musavat.com)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar