Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-in Paşinyana sərt cavabı

“Böyük siyasətdə “küçə demokratiyası”nın qaydalarını deyil, qəbul edilmiş və tamamilə aydın etiket normalarını rəhbər tutmaq lazımdır”


Belə bəyanatla Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana cavab olaraq çıxış edib.

Bundan əvvəl Paşinyan jurnalistlərə bildirmişdi ki, Belarus prezidenti Aleksandr Lukaşenkodan KTMT-nin Astana sammitində baş verənləri bloka üzv olmayan Azərbaycanın səfiri ilə müzakirə etdiyi üçün izahat istəyəcək. Paşinyana görə 30 ildir dövlətə başçılıq edən təcrübəli siyasətçinin belə hərəkəti anlaşılan deyil.

Aleksandr Lukaşenko bu günlərdə Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovu qəbul edərək həm prezident İlham Əliyevin Belarusa qarşıdakı səfərini, həm KTMT sammitində Ermənistan nümayəndəsinin baş katib seçilməsi məsələsi ətrafında baş verənləri müzakirə edib. Bunun ardınca Azərbaycan prezidenti Belarusun Bakıdakı səfirini qəbul edərək Ermənistan rəhbərliyinə ünvanlanmış sərt mesajlar verib.

“Görünür Ermənistan baş nazirinin səlahiyyətlrini icra edən şəxs özünü cəzalandırmaq, yaxud əfv etmək səlahiyyətlərinə malik beynlxalq prokuror zənn edir”-Belarus XİN-in mətbuat katibi bildirib.

Aleksandr Qlaz əlavə edib ki, Ermənistan rəhbərinin bu davranışı ola bilsin KTM-nin keçmiş baş katibi Yuri Xaçaturovla bağlı məqbul görünə bilər, lakin dövlətlərarası münasibətlərdə tamamilə aydın protokol və etiket qaydaları var.

“Yəqin Зaşinyan hələ başa düşməyib ki, “küçə demokratiyasının” qaydaları böyük siyasətdə işləmir. Təəsüf, ümid edirik ki, zaman ötdükcə keçib gedəcək”-Aleksandr Qlaz Paşinyana istehza ilə bildirib.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar