Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Onlar kükrəyəndə biz mat qalmışdıq, biz kükrəyəndə Kreml mat qaldı  

30 il keçdi. Biz hələ də dirçəliş dövrünü başa çatdırmamışıq. 1988-ci ilin 17 noyabrından başlayan yolun sonu görünmür

Əslində 30 il öncə biz əvvəlcə sıçrayış, sonra toplanış, daha sonra kükrəyiş aktları etdik. Hər şey ondan sonra oldu.

Ondan əvvəl isə qanını qaşığa qoyan, karyerası, gələcəyi, azadlığı ilə riskə gedən adamlar, kiçik qruplar vardı. Onlar o dövrün gənc alimləri və tələbələri idi.

17 noyabra gətirən yol əslində 1988-ci ilin fevralından başlanmışdı. Ermənilər Xankəndi (Stepanakert) şəhərində kütləvi aksiyalara başlayanda, Azərbaycana qarşı separatizm hərəkatına start verəndə, bizdə də az-az hərəkətlənənlər olmuşdu.
Ancaq bu, dirçəliş, toplanış deyildi. Bu qımıldanma idi. O zaman Qarabağın taleyi üçün narahat olan gənc alimlər, şair-uazıçılar və tələbələr seyrək sıralarla toplanır, müzakirələr aparır, etiraz bildirirdilər. Onlar müxtəlif yerlərdə toplanırdılar.

Məsələn, bu sətirlərin müəllifi o dissident qruplarını bir dəfə köhnə avtovağzalın yaxınlığındakı “Spartak” stadionunun önündə toplaşan, üç-üç, beş-beş dayanıb müzakirə aparan görüb.

Təxminən 70-80 nəfər gənc alim və tələbəydi. Onlar səs qaldırmırdılar, meqafonla şüar qışqırmırdılar, eləcə, toplanmışdılar və xalqın onlara qoşulmasını gözləyirdilər. Hamısının üzündən əndişə və narahatlıq yağırdı. Həmin vaxt xalq meydana gəlmədi.

Bakıda etiraza çıxanların ümumi sayının 200-ü aşmadığı günlərdə Stepanakertdə və İrəvanda artıq on minlərlə separatçı ayaqda idi. Onlar dirçəlmişdilər və tam cəsarətlə hayqırır, torpaq davası edirdilər.

Biz o zaman millət olaraq susduq. Meydana çıxıb etiraz bildirməkdənsə, fitvaya getdik. Sumqayıtda xüsusi xidmət orqanlarının və erməni gizli təşkilatlarının düzənlədiyi təxribata uyan şəxslər əslində millətin dirçəlişini ləngitdilər, xalqın Qarabağ ətrafında toplanmasını ən azı 9 ay gecikdirdilər.

O zamana qədər biz Qarabağ kələfinin çözülməsini respublikanın faktiki rəhbərliyinə, bir də Kremlin insaf-mürvətinə buraxdıq.

Kreml isə sonradan azman SSRİ imperiyasının dağılmasına səbəb olacaq separatizm hərəkatına uyğun, lazımi reaksiya göstərə bilmədi.

Karen Dəmirçiyan

Kamran Bağırov (soldan birinci)

Separatizm dalğasının, artıq başlanmış milli münaqişənin başlıca səbəbkarı Ermənistanın rəhbəri Karen Dəmirçiyan və Azərbaycanın başçısı Kamran Bağırovmuş kimi, hər ikisi Moskva tərəfindən öz vəzifələrindən uzaqlaşdırıldı. Onların yerinə yeni rəhbərlər gətirildi: Suren Arutyunyan və Əbdürrəhman Vəzirov.

Əbdürrəhman Vəzirov

Ancaq bu zəlzələnin episentri çox dərinlərdəydi, nə Suren, nə də Rəhman müəllim onun sonrakı after-şoklarına tab gətirə bilməyəcəkdilər. Elə də oldu.

Bir ara SSRİ rəhbəri Mixail Qorbaçov hər iki ölkənin yeni rəhbərləri və köhnə ziyalıları ilə birlikdə Moskvada “Qarabağ ayırdetməsi” adlandıra biləcəyimiz sammit təşkil etdi. Hazrlıqlı və həyasız erməni tərəfinin iddialarına bizimkilər layiqli cavab verdilər. Ambarsumyan, İgityan kimi təxribatçılar donquldana-donquldana yerlərində oturduldular.

 

Axırda Qorbaçov da müharibədən əvvəl İrəvanda azərbaycanlıların sayının ermənilərlə yarıbayarı olduğunu, hazırda isə demoqrafik durumun çox dəyişdiyini xatırladaraq ermənilərin ağzından vurdu.

Güman etmək olardı ki, məsələ yat-yut olacaq, konflikt fəal müharibə fazasına daxil olmayacaq.

Ancaq bir-iki aylıq fasilədən sonra ermənilər Qarabağda ard-arda bir neçə təxribatlar törətdilər: yol kəsdilər, avtomobil daşladılar, gülləyə tutdular, kəndlərə hücum etdilər və sair və ilaxır.

Topxana meşəsində ağacların kəsilməsi isə fincanı daşıran son damla oldu.

O zaman artıq gənc alimlər də, tələbələr də, əmək kollektivləri də, hamılıqca ayağa qalxdılar. Burada ölkə rəhbərliyinin, ən azı onun bir hissəsinin də mühüm rolu vardı. Onlar görürdülər ki, Kreml ermənilərin şıltaqlıqlarına dözür, göz yumur, “Krunk” təşkilatı aram-aram öz separatçı fəaliyyətini genişləndirir və bu gedişlə ermənilərin “Miatsum”u baş tutacaq.

Beləcə, xalq meydanlara çıxdı. Bunu nə ermənilər, nə də Moskvadakılar gözləyirdi. Bir neçə günün içində Azərbaycan xalqının bu sayaq yumruq kimi birləşməsi, kükrəyişi, kütləvi etiraz aksiyası hər kəs üçün şaşırdıcıydı. Ermənilər kükrəyəndə biz mat qalmışdıqsa, biz kükrəyəndə Kreml mat qaldı. Bu əzəmətli toplanış, möhtəşəm birləşmə ona görə alınmışdı ki, ortada yalnız bir məqsəd vardı: Qarabağı qorumaq.

Sonradan bu qüvvədən başqa məqsədlər üçün yararlanmaq istəyənlər də oldu, xalq hərəkatı yavaş-yavaş hədəf dəyişdirdi, nəticədə kütləvilik azaldı. Ancaq bu daha detallı və uzun söhbətlərin mövzusudur.

Əslində erməni separatizmi, Qarabağ münaqişəsi olmasaydı, biizm dirçəliş günümüz olacaqdımı? Belə görünür ki, olmayacaqdı.

O dövrdə ölkədəki haqsızlıqdan, ədalətsizlikdən, məmur təqib-təzyiqindən, insanların az qala təhkimli kəndli yerinə qoyulmasından kütləvi narazılıq olsa da, bizim xalq azadlıq və demokratiya uğrunda bu qədər kütləvi şəkildə etiraza qalxası, dirçələsi deyildi.

Bizi meydanala tökən Qarabağ dərdiydi. 30 ildir ki, insanlar bu hədəfə yetişə bilmirlər.

İndi elə görünə bilər ki, xalq artıq Qarabağı da unudub, bir daha 30 il əvvəlki kimi kükrəməz. Elə deyil.

Faktiki işğalda olan Qarabağın de-yure əldən çıxması təhlükəsi real olsa, o zaman bu xalq II dirçəliş epoxası başlayar...(musavat.com)

Xalid KAZIMLI

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar