Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçdə Avropada ən böyük külək elektrik stansiyalarından biri tikiləcək

Almaniyanın E.ON energetika şirkəti İsveçdə yeni külək elektrik stansiyası tikməyə hazırlaşır

Avropada ən böyük külək elektrik stansiyalarından biri olacaq.

E.ON şirkəti tərəfindən mətbuat üçün yayılmış xüsusi məlumatda bildirilir ki, şirkət 475 meqavat gücündə külək elektrik stansiyası layihəsini sərmayələşdirməyi qərara alıb. Layihəyə investisiyaların ümumi həcmi təqribən 500 milyon avro (566,4 milyon ABŞ dolları) olacaq.

Obyekt “Credit Suisse Energy Infrastructure Partners” (CSEIP) şirkəti ilə birgə tikiləcək. Gözlənildiyinə görə, müştərək müəssisənin səhmlərinin 80 faizi CSEIP şirkətinə, 20 faizi isə E.ON şirkətinə məxsus olacaq. Öz növbəsində, E.ON şirkəti əməkdaşlıq və istismar barədə “uzunmüddətli” saziş əsasında stansiyanın tikintisini həyata keçirəcək və layihəni idarə edəcək.

E.ON şirkətindən bildiriblər ki, yeni stansiya “əla küləkli şərait” aşkar edilmiş Vesternorrland regionunda yerləşəcək. Beləliklə, E.ON Avropada külək enerjisi istehsalında öz iştirakını artırmaq strategiyasını əsas götürür. Layihə həm də E.ON-un Skandinaviyada fəaliyyətinin xeyli genişlənəcəyinə ümid verir.

Gözlənildiyinə görə, stansiyanın tikintisinə bu il başlanacaq və 2021-ci ilin sonunda başa çatacaq. Bu stansiyada Almaniyanın “Nordex” firmasının istehsalı olan 114 turbindən istifadə ediləcək.(azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar