Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaşinqton post”: "Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib"

“Jurnalist Camal Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman verib”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gəldiyi bu qənaəti “Vaşinqton post” qəzeti yayıb.

Bildirilib ki, bu məlumatı MKİ-nin yüksək vəzifəli şəxsi verib. Məlumata görə, bu hadisə ABŞ Prezidenti Donld Tramp hakimiyyəti ilə Məhəmməd bin-Salman arasında əlaqələrin saxlanılmasını çətinləşdirib.

MKİ-nin yekun rəyinə əsasən, vəliəhdin qardaşı Krallığın ABŞ-dakı səfiri Xalid bin-Salmanın Türkiyəyə gəlməzdən əvvəl Casmal Qaşıqçı ilə arasında telefon danışığı olduğunu bildirib. O, həmin danışıqda Qaşıqçıya İstanbula gedib, sənədlərini Səudiyyə Ərəbistanının Baş Konsulluğundan alması üçün təhlükənin olmadığını söyləyib. Məlumata əsasən, bu danışıq Məhəmməd bin-Salmanın tapşırığı ilə baş verib. Ancaq Xalidin cinayətdən xəbərdar olub-olmadığı isə hələ ki, məlum deyil.

Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin sözçüsü Fatimah Beşen MKİ-nin irəli sürüdüyü iddaları təkzib edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar