Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarovun müavini Norveç səfirliyi ilə bağlı sərt danışdı

Mahmud Məmməd-Quliyev: “Qoy bağlasınlar, onları qollarından tutub saxlamayacağıq ki..”

Xəbər verildiyi kimi, Norveç Krallığı gələn ildən Bakıdakı səfirliyini bağlayacağını bəyan edib. Lakin bu addımın səbəblərini açıqlamayıb. Norveçin Xarici İşlər Nazirliyi Azərbaycandakı səfirliyinin bağlanacağını elan edərkən bildirib ki, Azərbaycanla əlaqələrinə bu ölkənin Ankaradakı səfirliyi məsul olacaq. Norveç Azərbaycanda fəxri konsulluq saxlamaq niyyətindədir. Norveç hökuməti Gürcüstan paytaxtı Tbilisidə səfirliyin açılacağını bildirib.

Norveç Avropanın nüfuzlu dövlətlərindən biridir. Artıq xeyli müddətdir Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanması üçün danışıqlar aparılır və prosesin xeyli hissəsi qət edilib. Norveç Səfirliyinin Azərbaycandan çıxarılmasının Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanmasına hazırlıq istiqamətində danışıqların getdiyi bir vaxtda düşməsinin danışıqlara, Aİ ilə saziş imzalanmasına təsirinin olmayacağı barədə “Yeni Müsavat”ın bir neçə gün öncə yazdıqları rəsmi şəkildə təsdiq edilib.

Belə ki, Azərbaycan Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev 1news.az-a açıqlamasında bu qərarın Norveçin öz qərarı olduğunu bildirib: “Əgər Norveç hökuməti Azərbaycanda səfirliyinin olmasını istəmirsə, qoy olmasın. Biz onları məcbur edə bilmərik ki, oturun burda. Bu, həmin ölkənin öz qərarıdır və Avropa İttifaqı ilə heç bir əlaqəsi yoxdur. Əgər Norveç hökuməti hesab edirsə ki, Azərbaycanda səfirlik lazım deyil, qoy bağlasınlar”.

Nazir müavini deyib ki, “Əsrin müqaviləsi”nin ilk illərində Norveç Azərbaycandan xeyli gəlir əldə edib: “Sadəcə indi istəmirlər, onları qollarından tutub saxlamayacağıq ki... O qədər şirkətlər var ki, istəyirlər gəlib Azərbaycanda bu sahədə çalışsınlar”.

M.Məmməd-Quliyev deyib ki, bu qərar Azərbaycanın Avropa ilə münasibətlərinə heç bir təsir göstərməyəcək: “Bu gün Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri çox yaxşı səviyyədədir, iqtisadi, energetika, nəqliyyat sahələrində əlaqələrimiz var. Gələn ilin əvvəlində nəqliyyat üzrə ilk dialoq aparılacaq. Çünki Aİ nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır. Onların hazırda Çinlə bir razılaşmaları var ki, məhsulları Çinə qədər getsin. Bu məsələdə Avropa İttifaqı üçün Trans-Xəzər nəqliyyat sistemi olduqca faydalıdır. Çünki həm ucuzdur, həm də məsafə çox azdır. Bir var ki, şimal, yaxud cənub istiqamətindən istifadə edəsən, bunun üçün aylar tələb olunur. Amma Azərbaycanla bu, daha əlverişlidir. Belə məsələlər var və Aİ-də bütün bunları çox yaxşı başa düşürlər”.

Qeyd edək ki, beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında Norveç səfirliyinin bağlanmasının Avropa İttifaqı ilə saziş imzalanmasına və danışıqlara hansısa təsirinin olacağı gözlənilmir: “Norveçlə bağlı baş verənlərin hesab edirəm ki, Avropa İttifaqı ilə danışıqlara tormozlayıcı təsiri, bu prosesə heç bir ciddi mənfi təsiri olmayacaq. Sazişin hələ də imzalanmamasına mane ola biləcək faktorları başqa istiqamətdə axtarmaq lazımdır. Bunun Norveçlə yaranan diplomatik problemlə heç bir əlaqəsi yoxdur”.(“Yeni Müsavat”)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar