Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Mirzəyev tapşırıq verdi - Fotolar

Fövqəladə Hallar Nazirliyi 15-16 noyabrda Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi keçirib

Təlimdə Fövqəladə Hallar Nazirliyinin qurumlarının, regionda yerləşən struktur bölmələrinin, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələri iştirak edib.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübələrinin daha da artırılması, şəxsi heyətin icra hakimiyyəti orqanlarının qüvvələri ilə birgə fəaliyyətdə xilasetmə, yanğınsöndürmə, eləcədə nəqliyyat və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsindən ibarət olub.

İlk olaraq təlim rəhbəri Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev təlimdən öncə keçirilən iclasda öz tapşırıqlarını verib. Daha sonra təlimə start verilib.

Şərti olaraq 15 noyabrda saat 09:00-da episentri Şirvan şəhərindən 25 km şimal-şərqdə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin gücü Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində 6.5 bal gücündə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinə daxil olmuş ilkin məlumatlara əsasən Şirvan İstilik Elektrik Stansiyasının Yanacaq nəqliyyat sahəsində 5000 tonluq çənlərinə gedən yanacaq borularında baş vermiş qəza yanğına səbəb olub. Yanğının artaraq 20000 tonluq cənlərə keçmə təhlükəsi yaranıb. Yanğının baş verməsi nəticəsində yaranmış qatı tüstü səbəbindən görmə şəraiti məhdudlaşıb, xilasetmə əməliyyatlarının həyata keçirilməsində çətinliklər yaranıb. Qəza nəticəsində ərazilərin neft məhsulları ilə çirklənmə təhlükəsi olduğu bildirilir. Hacıqəhramanlı qəsəbəsində əhali arasında zəhərlənənlərin olduğu bildirilib.

Təlimin plana uyğun olaraq birinci mərhələsində şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, əhalinin fövqəladə hadisə və davranış qaydaları barədə məlumatlandırılması, növbətçi qüvvələr cəlb edilməklə hadisəyə çevik reaksiya verilməsinin təşkili, əsas qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, kəşfiyyat, axtarış-xilasetmə, idarəetmə və qarşılıqlı fəaliyyətin, kimyəvi və yanğın-partlayış təhlükəli obyektlərdə baş vermiş qəzalar, avtomobil və dəmir yol nəqliyyatı qəzaları zamanı insanların xilas edilməsi təşkili üzrə tədbirlərin yerinə yetirilməsi, ikinci mərhələdə zərərçəkənlərin ilkin həyat təminatının təşkili, obyektlərin və yol infrastrukturunun normal iş şəraitinə qaytarılması sahəsində tədbirlərin həyata keçirilməsi əməliyyatları uğurla yerinə yetirilib. Həmçinin, Hacıqəhramanlı qəsəbəsinin 500 sakini hadisə rayonunda təhlükəsizlik ərazilərdə quraşdırılmış çadır şəhərciyinə köçürülüb.

Təlimdə ümümilikdə FHN-in 300 nəfər şəxsi heyəti, 52 avtomobil, 4 qayıq, 1 helikopter və 1 ədəd BE-200 ÇS amfibiya təyyarəsi, həmçinin, rayon mülki müdafiə qüvvələrinin (ərazi xilasetmə qüvvələri) 150 nəfər şəxsi heyəti və 36 texnikası, habelə Azərbaycan Dəmir Yolları QSC-nin HacıqabulSalyan yanğından mühafizə qatarları da iştirak edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar