Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə baş çəkib

Noyabrın 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində və Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK sədri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi sahəsində aparılan işlərin səviyyəsi ilə maraqlanıb.

Səfər Mehdiyev həmçinin Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib və görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.

S. Mehdiyev gömrük nəzarətinin daha səmərəli təşkilinə dair tapşırıq və tövsiyələrini verib.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində və Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda mövcud vəziyyətlə tanışlıq zamanı DGK sədri xarici iqtisadi fəaliyyət iştirakçıları ilə də söhbət edib, onların rəy və təkliflərini dinləyib.

Sədr iş adamları ilə söhbətdə gömrük sahəsində aparılan islahatlara toxunaraq vurğulayıb ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlarda məqsəd sahibkarlıq mühitinin yaxşılaşdırılması, iş adamlarına münbit şəraitin yaradılmasıdır.

DGK sədri diqqətə çatdırıb ki, Azərbaycan prezidentinin gömrük xidməti qarşısında qoyduğu ən vacib tapşırıq şəffaflığın tam təmin edilməsi və korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsidir. Gömrük orqanlarının hər zaman sahibkarların yanında olduğunu diqqətə çatdıran Komitə sədri, sahibkarlar və gömrük xidməti arasında sıx işgüzar əlaqələrin qurulduğunu və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

pia.az

 


Etiket: Aksizli Mallar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar