Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaşıqçının əvəzinə Fətullah Gülən? – Ağ Ev Türkiyə ilə Səudiyyəni barışdırmaq istəyir

ABŞ administrasiyası jurnalist Camal Qaşıqçının qətlilə bağlı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında yaranmış gərginliyi azaltmaq üçün müxtəlif yollar axtarır

ABŞ-ın məşhur “NBC Nyus” kanalının məlumatına görə, Türkiyənin Səudiyyə Ərəbistanına qarşı təzyiqini azaltmaq üçün Donald Tramp Federal Təhqiqatlar Bürosu (FTB) və Ədliyyə Nazirliyinə xüsusi göstəriş verib. Prezident sözügedən qurumlardan tələb edib ki, onlar Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı iş açılmasını təmin etsinlər. Bununla yanaşı, Tramp Daxili Təhlükəsizlik Nazirliyindən FETO rəhbəri sayılan Gülənin ABŞ-da hansı statusla yaşadığına dair dəqiq məlumat verməsini tələb edib.

Ancaq “NBC Nyus”-un məlumatına görə, FTB başda olmaqla, sözügedən qurumlar prezidentin tələbini yerinə yetirməkdən imtina ediblər. Telekanal həmin qurumlarda çalışan bir məmurun Ağ Evin tələbilə bağlı fikirlərindən sitat gətirib: “Əvvəlcə biz bu tələbə göz yumurduq. Sonra başa düşəndə ki, onlar ciddidirlər, biz dəhşətə gəldik…”

Ağ Evin bundan sonra hansı addımlar atacağı barədə hələ ki, dəqiq məlumat verilmir. Ancaq “NBC Nyus”-un mənbələri bildirirlər ki, D.Tramp administrasiyası Güləni Türkiyəyə verməklə, R.T.Ərdoğanın Səudiyyə hökumətinə qarşı daha yumşaq mövqe sərgiləməsinə nail olmağa çalışır.

Məlum olduğu kimi, Türkiyənin Səudiyyə Ərəbistanı ilə münasibətləri jurnalist Camal Qaşıqçının İstanbuldakı Baş Konsulluqda vəhşicəsinə qətlə yetirilməsindən sonra hədsiz dərəcədə gərginləşib.

R.T.Ərdoğan bu işin sona qədər araşdırılaraq, bütün həqiqətlərin ortaya çıxarılacağını vəd edib.(“AzPolitika”)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar