Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon kosmik qoşunların qiymətini açıqladı

Kosmik güclərin yaradılması ABŞ-a 5-10 milyard dollara başa gələ bilər

Bu haqda ABŞ-ın müdafiə nazirinin müavini Patrik Şenaxan bildirib.

Sentyabr ayında ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Hizer Uilsonun məruzəsinə istinadən "Assoşieyted Press" agentliyi bildirib ki, kosmik güclərin yaradılması ABŞ-a birinci beş ildə 13 milyard dollara başa gələ bilər.

Qeyd edək ki, iyunda ABŞ prezidenti Donald Tramp silahlı qüvvələrin yeni növü kimi kosmik güclərin yaradılması barədə sərəncam verib. Kaliforniya ştatında təyyarə bazasında dəniz piyadaçıları qarşısında çıxış edən prezident vurğulayıb ki, ABŞ-ın yeni milli kosmik strategiyasıyla kosmos quru, hava və dəniz kimi hərbi hərəkətlərin zonası olaraq tanınıb.

Tramp rəqiblərin artıq kosmosun hərbiləşdirilməsinə başladıqlarını bildirib. Ağ Evin başçısının sözlərinə görə, ABŞ kosmosda liderliyi hədəfləyib və Rusiya ilə Çinin arxasınca sürünmək niyyətində deyil.

Avqustda ABŞ-ın vitse-prezidenti Mayk Pens Müdafiə Nazirliyində (Pentaqon) çıxışında bildirib ki, Rusiya və Çin kosmik məkanı hərbi hərəkət teatrına çevirərək burada hərbi imkanları gücləndirir. Onun sözlərinə görə, bu gün başqa ölkələr kosmosda yerləşən Amerika sistemlərini heç vaxt olmadığı qədər pozmağa və kosmosda ABŞ-ın liderliyinə son qoymağa çalışırlar. Vitse-prezident qeyd edib ki, ABŞ onlara güzəşt etməyəcək.

2018-ci il oktyabrın 1-də başlanan yeni maliyyə ilinin müdafiə büdcəsinə əsasən, ABŞ-ın raket əleyhinə müdafiə agentliyi artıq yaxın vaxtlarda ballistik raketlərin izlənilməsi və ələ keçirilməsi sistemlərinin kosmosda genişləndirilməsi üzrə işlərə başlayacaq. (publika.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar