Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Quş qripi” ilə bağlı monitorinqlərin nəticələri açıqlanıb

Noyabr ayının 12-dən 16-dək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı monitorinqlər həyata keçirilib

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, agentlik və regional bölmələrinin (2, 3, 5, 6, 11 saylı), Milli İstinad Laboratoriyası, Quba, Bərdə, Salyan, Lənkəran Regional Sınaq Laboratoriyalarının nümayəndələri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Taun Əleyhinə Stansiyasının mütəxəssisləri və əməkdaşlarının iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.

Quş qripi xəstəliyinə görə Abşeron yarımadası, Şabran, LənkəranAğcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq əraziləri, eləcə də respublikanın dənizsahili zonalarının ərazilərində aparılan monitorinqlər zamanı seçmə üsulla ovlanaraq götürülən müxtəlif növlərə aid 43 baş çöl quşunun patoloji materialı və Tərtər rayonu da daxil olmaqla qeyd edilən rayonlara ölkəmizin ayrı-ayrı həyətyanı təsərrüfatlarından gətirilən 276 baş ev quşunun qan nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun Milli İstinad Laboratoriyasına təhvil verilib.

Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

pia.az


Etiket: Quş qripi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar