Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib
Klubun futbol şöbəsinin müdiri Selçuk Aksoy Aykut Kocamanla razılaşdıqlarını bildirib.
Qeyd edək ki, Aykun Kocaman mövsümün sonunda "Fənərbağça"dakı postundan istefa verib. "Konyaspor" isə noyabrın 12-də Rıza Çalımbayla yollarını ayırıb.
Xatırladaq ki, Aykut Kocaman 2005-2006 mövsümündə və 2004-2017-ci illər aralığında "Konyaspor"un baş məşqçisi olub.(Report)
pia.az