Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib
DİN-dən verilən məlumata görə, noyabrın 15-də saat 18 radələrində Bərdə şəhəri ərazisində Tərtər rayon sakini Fərid Xanlarzadə idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən şəhər sakini Zərniyar Abbasovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.
pia.az