Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan bu forumda “fəxri qonaq ölkə” kimi təmsil olunacaq

Noyabrın 16-da Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayevlə rusiyalı həmkarı Vladimir Medinskiy arasında ikitərəfli görüş keçirilib

Görüşdən sonra tərəflər Azərbaycanın 2020-ci ildə Forumda “fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında Birgə Bəyanat imzalayıblar. Qeyd edək ki, “fəxri qonaq ölkə” statusu forum müddətində müxtəlif tədbirlər keçirməklə Azərbaycan mədəniyyətinin təbliği üçün geniş imkanlar yaradır.

VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində keçirilən təntənəli imzalanma mərasimində iştirak edən Rusiya hökümət sədrinin müavini Olqa Qolodets və ölkəmizin Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, həmçinin hər iki ölkənin mədəniyyət nazirləri imzalanmadan sonra çıxış edərək ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəli inkişafından məmnunluqlarını ifadə ediblər.

Daha sonra nazir Əbülfəs Qarayev Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitaliy Romanov ilə görüşüb.

Forumun ikinci günü nazir Ə.Qarayev “Kreativ mühit və urbanistika” mövzusunda plenar iclasda, Asif Xanın müasir arxitektur cərəyanlar mövzusunda mühazirəsində və digər sessiyaslarda iştirak edib.

Forum öz işinə 18 noyabr tarixinədək davam edəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar