Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: “Rəqibin sürprizlərinə hazır olacağıq”

"Çox danışmağa ehtiyac yoxdur, hər şey aydındır. Oyuna pis hazırlaşmamışıq. Düzgün oyun qurmağa çalışacağıq"

Bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adaları komandası ilə ev oyunundan əvvəl deyib.

46 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda baş tutan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Pavel Paşayevin durumu necədir?

- Hər şey qaydasındadır

- Rəqibin baş məşqçisi və kapitanı iddialı danışdı. Sürprizlərə hazırsınız?

- Rəqibi yaxşı tanıyırıq. Bir oyunumuz olub onlarla. Hər bir komanda iddialı danışmalıdır. Biz də iddialıyıq. Rəqibin sürprizlərinə hazır olacağıq.

- Heyətə yeni oyunçular cəlb etmisiniz. Start heyətdə necə, dəyişiklik olacaq?

- Belə bir fikir bildirə bilməyəcəm. Heyət sabah oyundan əvvəl bilinəcək.

- Son vaxtlar həm milli, həm "Qarabağ" səfərdə yaxşı oyanyır. Bu nə ilə bağlıdır?

  • Bunu nə iləsə əlaqələndirməzdim. Səfərdə yaxşı oyun göstərmək pis hal deyil. Adətən komandalar evdə yaxşı oynayır. Kiçik turnirdi. Bunu evdə də edə bilərik. Səfərdə oynayanda taktika bir az fərqli olur. Rəqib hücum edir, boşluqlardan istifadə etmək imkanı yaranır. Biz indi elə durumda deyilik. Həm evdə, həm səfərdə qalib gəlmək istəyirik.(Report)

pia.az


Etiket: Qurban Qurbanov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Ən çox oxunanalar