Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Braziliya nazirindən qəribə bəyanat: “İqlim dəyişikliyi makrsistlərin uydurmasıdır”

Braziliyada “Trampın bənzəri” olaraq bilinən prezident Jair Balsonaro hökuməti özünü hər addımda Ağ Evin rəhbərinə bənzətməyə çalışır

Yeni prezidentin bu yaxınlarda xarici işlər naziri olaraq təyin etdiyi Erneesto Araujonun son bəyanatı da bunu sübut edir.

Araujo təyin olunduqdan sonra şəxsi bloqunda yazdıqları ilə gündəmə düşüb. Onun sözlərinə görə, onlaırn iqtidarının əsas məqsədi Braziliyanı və bütün dünyanı qlobalizasiya ideologiyasından qurtarmaqdır. Yeni nazir iqlim haqında elmi isə sadəcə doqma olara qəbul etdiyini yazıb.

Araujonun fikrincə, iqlim dəyişikliyi marksistlər tərəfindən Çinin önünün açılması üçün uydurulmuş bir nəzəriyyədir. Nazir müxalifətdəki sol partiyaların az qala bütün istehsalı, kondisionerləri, hətta qırmızı əti belə, cinayət ünsürü olaraq gördüyünü söyləyib.

“Onlara qalsa, kainatda doğulan hər körpə uşaq da risk daşıyır. Çünki karbon qazını ifraz edir”, - deyə nazir solçuları ələ salıb.

Onu da qeyd emtək lazımdır ki, Braziliya həmişə havaya atılan sənaye qazlarının emissiyasının düşürülməsi məsələsində beynəlxalq birliyin öncül ölkələrdən biri olub. Cənubi Amerikanın ən böyük dövləti 2015-ci il Paris sazişinin imzalanması zamanı zəngin və kasıb ölkələr arasında körpü rolu oynamaq funksiyasını üzərinə götürmüşdü.

Keçən ay 57,7 milyon səslə prezident seçkilərini qazanan Balsonaro ABŞ prezidenti Donald Trampa olduqca yaxınlığı ilə bilinir.

Xatırladaq ki, Tramp da hakimyyətə gəldikdən qısa bir müddət sonra iqlim dəyişikliyi və qlobal istiləşmənin yalan odluğunu bildirərək, ABŞ-ın Paris İqlim sazişindən çıxdığını bəyan etmişdi.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar