Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan seçkiləri: “Tərəflər bir-birini Kremlə işləməkdə ittiham edirlər”  

Gürcüstanda prezident seçklərinin ikinci turunun noyabrın 28-də, yəni həftənin 3-cü günü təyin edilməsi müxaifət üçün xoşagəlməz sürpriz olub

Onlar bununla MSK-nın ölkə qanunu pozduğunu bildirirlər.

Müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərindən David Darçiaşvilinin söylədiyinə görə, konstitusiyada seçkilərin yalnız bazar günü keçilməsindən bəhs edilib. Lakin MSK qanunda hiyləgərliyə gedərək bunun yalnz 1-ci tura adi olduğunu bildirib.

Gürcüstan müxalifətinin fikrincə, noyabrın 28-nin istirahət günü elan edilməsinə baxmayaraq şəhərdə çalışan kəndlilər öz səsvermə yerlərinə gedə bilməyəcəklər. Üstəlik, xaricdə yaşayan gürcü vətəndaşların səfirliklərdə səs vermək imkanı azalır. Onların əksəriyyətinin isə Qriqol Vaşadzeni dəstəklədiyi məlumdur.

Gürcü ekspertləri müxalifət namizədinin rəqibi Salome Zurabişvili qaşrısında üstün olduğunu qeyd etsələr də, vəziyyətin dəyişə biləcəyi ehtimalını da dilə gətirirlər. “Bu gün Vaşadze qalib gələ bilər. Lakin hər şey qarşı tərəfin “antireklam” kampaniyasının necə effekt verməsindən aıslı olacaq”, - deyə gürcü politoloqu Gerorgi Nodiya “Kommesant” qəzetinə bildirib.

İqtidar əlindəki “İmedi”telekanalı vasitəsilə müxalifət əleyhinə müxtəlif anti-reklam kampaniyasını yürüdür. Bunlardan biri də keçmiş prezident Mixail Saakaşvilinin ən qızğın əleyhdarlarının qurduğu “Stop Misha” hərəkatıdır. Onu əsas təşübbüskarı isə Saakaşvili dövründə Gürcüstanın Münaqişlərin nizama salınması naziri olmuş Georgi Xaindravadır.

Xaindravanın iddiasına görə, Qriqol Vaşadze tam bir Kreml layihəsidir. “Moskva keçmiş DTK zabiti və SSRİ Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Qriqol Vaşdzeyə kömək göstərmək üçün öz adamını göndərib”,- deyə Xaindrava bildirib.

Xaindravanın bəhs etdiyi həmin şəxs siyasi texnoloq və seçkilər üzrə ekspert Vitali Şklyarovdur.

Lakin Şklyarovun əsasən Rusiyalı müxalifətçiləri, habelə ABŞ senatoru Berni Sandersə də məsləhətçilik etdiyini nəzər almaq lazımdır. Buna rəğmən Xaindrava Şklyarovun Gürcüstanda vətəndaş müharibəsini çıxarmağa gəldiyini bildirir.

Qarşı tərəf isə öz növbəsində Salome Zurabişvlini Kremlə çalışmaqda ittiham edir. Zurabişvilini 2008-ci il müharibəsində Rusiyanı deyil, Gürücüstanı, xüsusilə Mixail Saakaşvilini günahkar çıxarması onlar üçün əsasa çevrilib.

Hazırda Amsterdamda sürgün həyatı yaşayan Mixail Saakaşvili isə uzaqdan da olsa prosesə aktiv şəkildə qoşulub. O, Qriqol Vaşdzenin qalib gəlməsi ilə ölkədə hakimiyyət dəyişikliyinin baş verəcəyi və koalisiya hökumətinin qurulacağını söyləyib. Bununla bərabər Saakaşvili baş nazir olmaq kimi arzusunun olmadığını bildirib. Keçmiş prezident bu posta hətta konkret ad da çəkib. Bu, Qriqol Vaşdzenin seçki qərargahının rəhbəri, onunla eyni soyada malik Georgi Vaşadzedir. Georgi Vaşadze əvvəllər Ukrayna prezidenti Pyotr Poroşenkonun müşaviri olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar