Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Fətullah Güləni Ərdoğana təhvil verməsi mümkündür?

Məhəmməd Əsədullazadə: “ABŞ dövləti Fətullah Gülənin Türkiyəyə ekstradisiyasını reallaşdırmayacaq. Çünki burada elə informasiyalar ortaya çıxa bilər ki, Vaşinqton-Türkiyə arasında müttəfiq əlaqələrə son qoyula bilər”

Əhəd Məmmədli: “Ümid edirik ki, yaxın zamanlarda PKK və FETÖ məsələsində Vaşinqton Ankaranın istədiklərini verəcək”.

Məlumdur ki, Türkiyə hakimiyyətinin 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham etdiyi müxalifətçi "Hizmet" təşkilatının (Türkiyə hakimiyyəti onları FETÖ-Fətullahçı Terror Təşkilatı adlandırır-red.) lideri Fətullah Gülən uzun illər ABŞ tərəfindən müdafiə olunurdu. Hətta bu fonda ABŞ-Türkiyə münasibətlərində gərginliyin yaşanması da danılmaz faktlardan biridir. Lakin dünən axşam saatlarında yayılan xəbərə görə, uzun zamandan sonra ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosuna (FBİ) Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin qanuni yollarının tapılması üçün göstəriş verib.

Yayılan xəbərdən bir neçə saat sonra isə ABŞ Dövlət Departamenti xəbəri təkzib edib. Dövlət Departamentinin sözçüsü Hizer Nauert prezident Trampın belə bir göstəriş vermədiyini qeyd edib. O, bildirib ki, Trampın Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı göstərişinə əsasən Ağ Evlə əlaqə saxlanılıb və bu istiqamətdə müzakirələrin aparılmadığı deyilib.

Qeyd edək ki, Fətullah Gülən son illər ABŞ və Türkiyə arasında əsas gərginlik obyektidir. Fətullah Gülən özü isə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bir nömrəli düşməni hesab olunur. Hakimiyyətə gəldiyi ilk illərdə Fətullah Gülən ilə ittifaq və koalisiya içində olan Ərdoğan daha sonra Gülən hərəkatının günü-gündən böyüyən hakimiyyət iddialarını həzm edə bilmədiyi üzündən bu ittifaq pozulsa da, Fətullah Gülənin ABŞ-da oturaraq gizli yollarla dövləti ələ keçirməyə çalışması və iki il əvvəl dövlət çevrilişinə cəhd etməsi Ərdoğan və Gülən arasındakı bütün körpülərin yanmasına səbəb olub. Hazırda isə Ərdoğanın istənilən ABŞ adminstrasiyasından əsas tələbi Gülənin Türkiyəyə təhvil verilməsi tələbindən ibarətdir. Lakin Vaşinqtonun bu addımı atacağı heç də inandırıcı görünmür.

Ümumiyyətlə, son illərdə ABŞ və Türkiyə arasındakı geosiyasi fikir ayrılıqlarını nəzərə alsaq, Gülənin təhvil verilməsi Suriyada kürd məsələsi, S-400 raketlərinin satın alınması kimi geosiyasi fikir ayrılıqlarını ortadan qaldıra bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədlinin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “Gülənin ekstradisiyası köklü problemləri həll etmək iqtidarında deyil”.

Fətullah Gülənin ekstradisiyasının gözlənilən olmadığını qeyd edən politoloq Məhəmməd Əsədullazadəyə görə, ABŞ-Türkiyə yaxınlaşmasına mane olan tək səbəb Fətullah Gülən faktoru deyil:

“Ola bilər ki, Fətullah Gülənin ABŞ-dan ekstradisiyasının Tramp tərəfindən göstəriş verilməsi barədə açıqlamanın yayılması adminstrasiyada belə bir fikirlərin olmasının göstəricisi idi. Lakin hesab edirəm ki, ABŞ dövləti Fətullah Gülənin Türkiyəyə ekstradisiyasını reallaşdırmayacaq. Çünki burada elə informasiyalar ortaya çıxa bilər ki, Vaşinqton-Türkiyə arasında müttəfiq əlaqələrə son qoyula bilər. Qeyd edim ki, Türkiyə ilə ABŞ arasında əlaqələrin normallaşması amerikalı keşiş Bronsonun Türkiyədə azadlığa burxaılmasından sonra başladı. ABŞ hazırda Suriya məsələsində əsas ölkə olan Türkiyə ilə dərin fikir ayrılıqlarına mailkdir.

Bundan əlavə, Türkiyənin S-400 raketlərini Rusiyadan alması ABŞ-ı ciddi şəkildə narahat edir. Ona görə də ola bilər ki, Tramp adminstrasiyası Türkiyə ilə Rusiya arasında əlaqələri zəiflətmək, regionda Türkiyənin dəstəyini almaq üçün bu göstərişi versin. Amma məsələ təkcə Gülənlə bağlı deyil. ABŞ Suriyada kürd terrorçularına dəstək verir. ABŞ PKK terror təşkilatının Suriya qolu olan YPG-a maddi və texniki dəstək verir. ABŞ ilk növbədə, Türkiyənin milli təhükəsizliyini hədəfə alan YPG terror təşkilatına dəstəyini kəsməlidir.

Biz görürük ki, YPG-nin silahlandırılması Türkiyə əleyhinə bir siyasi gedişdir. Türkiyə gələcək perspektivdə hədəfə gəlir. Təkcə, Gülənin ekstradisiyası bu köklü problemləri həll etmək iqtidarında deyil. ABŞ Türkiyə siyasətində korrektlər etməli, özünün Yaxın Şərq strategiyasında Türkiyənin maraqlarına hörmətlə yanaşmalı və müttəfiq əlaqələrə kölgə sala bilən siyasətdən geri çəkilməlidir. Bu gün Türkiyə və Rusiyanın strateji yaxınlaşmasında ABŞ amili həlledici rol oynayır. Suriyada YPG terror təşkilatının dəstəklənməsi Türkiyənin Rusiya ilə koordinasiyalı fəaliyyət göstərməsinə gətirib çıxardı. Hesab edirəm ki, ABŞ-la Türkiyə arasında əlqələrin yüksək səviyyədə bərpa olunması üçün ABŞ ciddi addımlar atmalıdır. Əks halda problemlər olduğu kimi qalacaq”.

Əhəd Məmmədli: “Ağ Ev terrorbaşı Güləni Ankaraya təhvil verərsə, Türkiyə-ABŞ münasibətləri müsbətə doğru 180° dəyişə bilər”.

ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşması üçün Fətullah Gülənlə yanaşı, PKK-YPQ-PYD probleminin də həllinin vacib olduğunu bildirən politoloq Əhəd Məmmədliyə görə, bu fonda Türkiyə ABŞ-ın ən yaxın tərəfdaşlarından birinə çevrilə bilər:

ABŞ prezidenti Donald Trampın Federal Təhqiqat Bürosuna (FBİ) terrorbaşı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin qanuni yollarının tapılması üçün göstəriş verməsi önəmli xəbər olardı. Bu, ABŞ-ın FETÖ məsələsində geri çəkilməyə başladığını göstərə bilər. Onsuz da FETÖ-nu quran ABŞ olub. ABŞ illərdir ki, Türkiyə və Yaxın Şərqdə PKK, FETÖ tipli terror qruplaşmalarını öz mənafeləri naminə istifadə edib. Sadəcə indi qarşılarında müsbət baxımdan daha fərqli Türkiyə durduğu üçün ABŞ bu faktoru nəzərə almağa artıq məcburdur.

Ağ Ev terrorbaşı Güləni Ankaraya təhvil verərsə, Türkiyə-ABŞ münasibətləri müsbətə doğru 180° dəyişə bilər. Təbii ki, bunun reallaşması üçün həm də PKK-YPQ-PYD problemi həll edilməlidir. PKK və FETÖ məsələləri Türkiyənin xeyrinə həll edilərsə, Türkiyə ABŞ-ın çox yaxın tərəfdaşına çevrilə bilər. Türkiyə daxili işlər naziri Süleyman Soylu PKK və FETÖ terroru ilə bağlı açıqlamalar verib. Son 30 ildə PKK-ya qoşulanlar sayı çox az olub.

2018-ci ildə PKK-ya cəmi 90 nəfər qoşulub. 2015-ci ildə isə bu say 3000 nəfəri keçib. FETÖ ilə bağlı 200.000 və daha çox adam sorğuya çəkilib. Nəticədə əksər terror hadisələrinin qarşısı alınıb. Türkiyənin terrorla mübarizədə uğurları göz önündədir. Hesab edirəm ki, bunu Vaşinqtonda da görməyə başlayıblar. Trampın Gülənlə bağlı qərarı doğru olsaydı, bu, təqdirəlayiq hal olardı. Təəssüf ki, Ağ Ev yayılan xəbərin həqiqətə uyğun olmaması barədə açıqlama verib. Ümid edirik ki, yaxın zamanlarda PKK və FETÖ məsələsində Vaşinqton Ankaranın istədiklərini verəcək”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar