Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda baş vermiş dəhşətli qətlin təfərrüatı

Bir neçə gün əvvəl Bakı şəhərinin Sabunçu rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları üzə çıxıb

Zabrat qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürülüb.

Məlumata görə, əvvəllər 2 dəfə evli olmuş və hər iki həyat yoldaşından boşanan Murad internet vasitəsilə 2 uşaq anası olan Qəbələ sakini ilə tanışlıq qurur. Gənc qadınla Murad arasında isti münasibətlər yaranıb və o, uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib. Burada Muradla həmin qadın 2 aya yaxın birgə yaşayıblar. Daha sonra onlar birgə Qəbələyə gediblər. Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etmək olub.

Lakin Qəbələdə olarkən qadının ailə üzvləri onun Muradla Bakıya qayıtmağına icazə verməyib və həmin şəxsin el adət-ənəsi ilə gəlməsini istəyib.

Bundan sonra Murad Quliyev Bakıya gəlib. Lakin o, qeyri-rəsmi münasibətdə yaşadığı qadınınailəsinin istədiyi kimi etməyib və onlarla əlaqəni tamamilə kəsib.

Bu səbbədən də qadının qardaşı Elnur Abdullayev özü ilə bıça götürərək Bakıya yola düşüb. O, paytaxtda 2 gün ərzində Muradı axtarıb və nəhayət onu Zabratda işlədiyi avtoyuma məntəqəsində tapıb. Gənc oğlan bacısını aldatmış şəxsə hücum edərək bıçaqla ona 10-dan artıq zərbə endirib. M.Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib./publika/

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar