Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BNA əhalini sosial şəbəkələrdə fəal olmağa çağırıb

Əhaliyə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun nəqliyyat xidmətlərinin göstərilməsi Bakı Nəqliyyat Agentliyinin əsas prioritetlərindəndir

PİA.AZ xəbər verir ki, bu barədə Agentliyin Facebook sosial şəbəkəsindəki müraciətində bildirilir.

Qurum, həmçinin bəyan edir ki, həm yol hərəkətinin təşkili, həm də müntəzəm sərnişindaşıma istiqamətində atdığı bütün addımlarında vətəndaşa xidməti əsas prinsip olaraq müəyyənləşdirib: "Qarşıya qoyulan hədəfə nail olunması yolunda ən böyük dəstəkçimiz də elə vətəndaşlarımız, xüsusəndə ictimai fəal insanlar, media nümayəndələri olub. Bəzən piyada, bəzən sərnişin, bəzən isə sürücü kimi nəqliyyat xidmətlərindən istifadə edən media nümayəndələri və fəal sosial şəbəkə istifadəçiləri rastlaşdığı çatışmazlıqları vaxtında, eyni zamanda, obyektiv işıqlandırır ki, bu da problemin vaxtında aşkar edilərək aradan qaldırılması baxımından əhəmiyyətlidir. Məhz müxtəlif KİV-də və sosial şəbəkələrdə ictimailləşdirilən məlumatlar əsasında müxtəlif yollarda nəqliyyat şəraiti yaxşılaşdırılır, yeni dayanacaq məntəqələri, uyğun olan yerlərdə piyada keçidləri təşkil edilir, marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdirilir. Bütün bunlar isə öz növbəsində paytaxtın nəqliyyat sisteminin inkişafı və təkmilləşməsi baxımından vacib amildir. İctimai nəzarətin vacibliyini və ümumi inkişafa müsbət təsirini nəzərə alaraq KİV nümayəndələrinə, eyni zamanda, fəal sosial şəbəkə istifadəçilərinə təşəkkür edirik. Həmçinin, onları daha fəal olmağa dəvət edirik"..

pia.az


Etiket: BNA müraciət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar