Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: 200 manat maaşı təsəvvür edə bilirsiniz?

Siz 200 manat maaşı təsəvvür edə bilirsiniz? Şəxsən mən təsəvvür edə bilmirəm. Bəlkə də, belə bir məvacibi olsa-olsa həkimlər, tibb işçiləri ala bilər, çünki bildiyim qədər, ən az maaş alan onlardır

Bunu millət vəkili Elmira Axundova parlament komitəsinin iclasında deyib.

Millət vəkili sosial sığorta ilə bağlı bəzi dəyişikiliklərə də etiraz edib:

“Necə ola bilər ki, 200 manatadək maaş alanlardan yeniləndirilmiş sığorta haqları, filan tutulacaq, amma səkkiz min manat alanlardan tutulmayacaq? Belə bir şey olar? Özü də Azərbaycanda məgər səkkiz min manat maaş alan var?

Bəlkə siz tanıyırsınız belələrini?! Olsa da, 50-100 nəfər... Amma qəribədir ki, onlardan tutulmayacaq, amma 200 manat maaş alanlardan tutulacaq. İnanın, mən hələ təsəvvürə edə bilmirəm ki, bu gün belə məvacib olsun. Bu, biabırçılıqdır”.

Millət vəkili bu cür addımlardansa, zərərli, zəhərli içkilərlə bağlı addımların atılmasının vacibliyini dilə gətirib:

“Bu məsələdə addımlar atılmalıdır, içkilərin qiymətlərini, aksiz dərəcələrini artırmaq lazımdır, 40, 50 manat etmək gərəkdir ki, kimsə gecə gedib, onu ala bilməsin, zəhərlənməsin, pis vərdişlərə yiyələnməsin. Bəlkə, biz mafiyalardan qorxuruq? Qorxmamalıyıq!”

Millət vəkili İlham Məmmədov da həmkarının aksiz dərəcələri ilə bağlı fikirlərini dəstəkləyib:

“Dünyanın hər yerində arağın, spirtli içkilərinin, siqaretin qiyməti çox bahadır. Bizdə də belə olmalıdır. Qoy, zəhmət çəkib gündə 10 dənə yox, bir dənə siqaret çəksinlər. Və ya Bakıda hara baxırsan, şərab evi, şərab evi. Axı, bu, nə qədər ola bilər? İnsanlarımızı sanki içkiyə, zəhərə həvəsləndiririk. Ona görə hesab edirəm ki, bizdə də aksiz dərəcələri, rüsumlar artırılmalıdır”.

Millət vəkili Aytən Mustafazadə deyib ki, bu gün Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının əksəriyyəti 200-240 manat maaş alır:

“Bəli, təkcə həkimlər deyil, AMEA-nın əməkdaşları da belə maaş alır. Çox təəssüflər olsun ki, belə reallıq var. Bu, AMEA-da mövcuddur”.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar