Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiyməti niyə kəskin ucuzlaşdı?

Nüfuzlu qəzet bazardakı ressesiyanın səbəblərini yazdı (Təhlil)

Kanadanın nüfuzlu “Financial Post” qəzetində Co Kidley yazır: “Neft qiymətlərinə nə olub? Bir neçə həftə bundan əvvəl enerji təhlilçiləri bir barrel üçün 100 dollardan danışmırdılarmı? Qərbi Texas Aralıq neftinin qiyməti sentyabrda 75 dollara çatmamışdımı? ABŞ-ın İran üzərinə sanksiyaları təchizatı şoka salmamalıydımı? Bütün bunlar bir gecədə necə dəyişə bilərdi?”

Ekspert yazır ki, suallar çoxdur, amma cavablar da çoxdur. Neftin qiyməti beş həftənin içində bir barrel üçün 86 dollardan noyabrın 14-də 66 dollara düşüb. Ekspertin fikrincə, qiymətin düşməsində başlıca məqam ABŞ-ın İran üzərinə sanksiyaları yumşaltması olub. ABŞ-ın 8 yurisdiksiyaya bu sanksiyalardan istisna icazəsi verməsi neft bazarına müsbət impuls göndərib.

Burası da var ki, neftin qiyməti artıq oktyabrdan düşməyə başlamışdı. O vaxt hələ nə sanksiyalar qüvvəyə minmiş, nə də kiməsə güzəşt edilmişdi. Digər diqqətəlayiq cəhət budur ki, neftin qiyməti son dörd ilin ən yüksək həddi olan 85 dollara çatanda, RusiyaSəudiyyə Ərəbistanı elan etmişdilər ki, hasilatı artırırlar.

Sentyabr ayında Rusiya hasilatı Sovet İttifaqının çöküşündən bəri rekord həddə çatdırmışdı. Səudiyyə də avqustla müqayisədə hasilatı günə 100 min barrel artırmışdı.

Müəllif yazır ki, bununla da İran neftinin bazardan çıxması ilə nə baş verəcəyinə dair sualın cavabı aydınlaşmışdı. Başqa sözlərlə ABŞ, Rusiya və Səudiyyənin ilin ortalarından bəri hasilatı artırması İran neftinin yerini əvvəlcədən doldurmağa başlamışdı.

Məqalədə deyilir ki, bütün hallarda OPEC və onun müttəfiqləri Amerika sənayesinə nəzarət etmək iqtidarında deyillər. Yay ərzində neft qiymətləri yüksələn kimi bazar ABŞ şirkətləri üçün cazibədar oldu. ABŞ-ın neft hasilatı gündə 11 milyon barrelə çatmışdı. Bu isə qlobal bazardakı günə 1, 8 milyon barrel artıma daha 1 milyon barrel artımın əlavə edilməsi demək idi.

Kidley yazır ki, neft bazarında kəsir yaranacağını düşünənlər Amerikanın şist nefti sənayesinin elastikliyini lazımınca qiymətləndirmirlər. Adi neftdən fərqli olaraq şist hasilatçısı neft kranını istədiyi vaxt bağlayıb-aça bilir.

Odur ki, neft qiymətinin düşməsinin səbəbi kifayət qədər bəsitdir: Təchizat artır, tələb azalır, qiymət düşür.

Kidley sonda yazır: “Neftin qiyməti barədə ən böyük sual, onun indi niyə bu qədər aşağı olması yox, bundan əvvəl niyə o qədər yüksək olması olmalıdır”.

(Azadlıq radosu)

pia.az


Etiket: Neft qiymət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar