Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliqismət Lalayev beynəlxalq forumda iştirak edəcək

Noyabr ayının 26-dan 30-dək Rusiya Federasiyasının Yekaterinburq şəhərində Sverdlovski Dövlət Akademik Musiqili Komediya Teatrının 85 illik yubileyi münasibətilə ''От практики k совершенству" (“Тəcrübədən kamilliyə”) adlı Musiqili Teatrların Beynəlxalq forumu keçiriləcək

Teatrın mətbuat xidmətindən PİA.AZ-a daxil olan məlumata görə dünyanın onlarla ölkəsinin teatr xadimlərinin iştirak edəcəyi bu forumda ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev təmsil edəcək.
Sverdlovski Dövlət Akademik Musiqili Komediya Teatrının rəhbəri Mixail Vyaçeslavoviç Safranovun rəsmi dəvəti ilə tanınmış rejissor və teatr xadimi 2018-ci il noyabrın 25-dən dekabrın 1-dək Yekaterinburq şəhərində səfərdə olacaq.

Bir çox beynəlxalq teatr və musiqili festivallarında, müsabiqələrdə münsiflər heyətində uğurla iştirak edən Əliqismət Lalayev forumda ''Azərbaycan Dövlət Musiqili Teatrının inkişaf mərhələləri" adlı məruzə ilə çıxış edəcək.

"Düşünürəm ki, bu dəvət forum təşkilatçıları tərəfindən Azərbaycan mədəniyyətinə, milli sərvətimiz olan teatrımıza yüksək etimadın, rəğbətin təzahürüdür. Təməl daşı dahi Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə qoyulan Musiqili Teatrın teatr tariximizdə özünəməxsus yeri var. Mənə verilən geniş fürsətdən yararlanaraq teatrımızın dünəni, bu günü və gələcək inkişafı, qarşıda duran layihələrimiz barədə forum iştirakçılarına geniş məlumat verəcəyəm. Qeyd edim ki, 5 gün davam edəcək tədbirdə hər günün öz xüsusi proqramı var. Forumun gündəliyində sərgilər, kitab təqdimatları, müxtəlif teatr görüşləri gözlənilir. Forum iştirakçılarını “Musiqili teatrda rejissor”, “Musiqili teatrda müəlliflər”, “Musiqili teatrda dirijor”, “Teatr sənətinin təhlili” mövzularında dəyirmi masalar, vokal artistlərinin, rejissor və xoreoqrafların ustad dərsləri, tamaşaların nümayişi də gözləyir. Belə görüşlərin ölkələrarası mədəni əməkdaşlığa öz töhfələrini verəcəyinə əminəm”- deyə Ə.Lalayev bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar