Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın media ilə düşmənçiliyinin əsas səbəbi

ABŞ prezidentinin mətbuatla savaşının arxasında nə durur?

ABŞ prezidenti Donald Trampla CNN telekanalının müxbiri Cim Akosta arasında qalmaqal böyüyür. Prezident Administrasiyası məlum qalmaqaldan sonra Akostanın Ağ Evə giriş icazəsini ləğv edib. Bu qərara etiraz olaraq, CNN Ağ Evin 6 yüksək rütbəli rəsmisinə qarşı məhkəmə iddiası qaldırıb.

Tramp administrasiyası isə CNN-i haqlı saymır. Administrasiyadan bildiriblər ki, CNN-nin bununla bağlı ABŞ Konstitusiyasının 1 və 5-ci maddələrinə istinad etməsi əsassızdır. Ancaq məhkəmənin hansı qərarı verəcəyi məlum deyil. Xatırladaq ki, Ağ Evdə keçirilən mətbuat konfransında Tramp israrla ona Rusiya işi ilə bağlı sual verən Akostaya qəzəblənib, “CNN səninlə işlədiyi üçün utanmalıdır, kobud və bərbad bir adamsan” deyib.

Ancaq bu hadisə ABŞ prezidentinin media ilə ilk qarşıdurması deyil. Tramp prezident kimi and içib vəzifəsinin icrasına başladıqdan cəmi bir ay sonra - 2017-ci ilin fevralında nüfuzlu ABŞ mediası ilə konflikt yaşayıb. Bundan sonra Ağ Evdə keçirilən mətbuat brifinqinə BBC, CNN, “New York Times” daxil olmaqla 6 nüfuzlu media orqanı təmsilçisi buraxılmayıb.

Ondan əvvəl isə ABŞ prezidenti bu media orqanlarını “yalan xəbər yayan, "Amerika xalqının düşməni" adlandırmışdı. Bundan sonra Tramp Ağ Ev müxbirləri dərnəyinin ənənəvi illik qəbuluna qatılmayıb. Halbuki daha əvvəl istisnalar xaric, əksər prezidentlər bu mərasimlərdə iştirak ediblər. Artıq neçənci dəfədir ki, Tramp Amerika mediasını “xalqın düşməni” adlandırır.

İlk dəfə Trampı mediaya qarşı qəzəbləndirən Amerika mediasının, ilk dəfə “New York Times” qəzetinin anonim mənbələrə istinadən Trampın Rusiya ilə əlaqələrinin istintaqını aparan Robert Mueller haqda xəbər yayması olub. ABŞ prezidenti qəzetin anonim mənbələrə istinadən xəbər yaymasını “saxta xəbər” adlandırıb. Sonrakı dövrdə də Trampın tənqidləri əsasən ona qarşı, onun fəaliyyətini tənqid edən mediaya qarşı yönəlib.

BBC-nin analizinə görə, Tramp bununla ənənəvi avtoritar lider düşüncəsindən çıxış edir. ABŞ-ın hazırkı prezidenti medianın onun haqqında tənqidi xəbər yaymasını istəmir və buna qəzəblənir. Eyni zamanda o, medianın onun rəqibləri barədə tənqidi materiallar verməsini istəyir. İdmanda buna “hakimi təsir altına almaq” fəndi deyilir.

Maraqlıdır ki, ABŞ prezidenti xalqla ənənəvi qaydada media ilə deyil, sosial şəbəkə vasitəsilə əlaqə saxlayır. “CBS News” telekanalının anket sorğusunun nəticələrinə əsasən Trampın qatı tərəfdarlarının 91 faizi prezidentin onlara doğru məlumat verdiyinə inanır.

Amma Trampın bəzi bəlli media orqanları ilə düşmənçiliyinin arxasında həm də gizli rəqabət amili var. Trampı sərt tənqid edən media orqanları əsasən demokratlara yaxın media quruluşlarıdır. Tramp da bunu bilir, bu səbəbdən də medianı etibarsızlaşdırmağa çalışır. Çünki müstəqil media əsasən demokratlara yaxındır və Trampı tez-tez tənqid edir. Aydın məsələdir ki, istənilən prezident kimi Trampın da tənqid olunacaq tərəfləri çoxdur. Üstəlik, onun başı üzərində Rusiya ilə gizli əməkdaşlıq kimi ağır ittiham var. Hər kəsə aydındır ki, media zaman-zaman bu “kart”la Trampa sarsıdıcı zərbə vurmağa çalışacaq. Elə çalışır da. Sonuncu dəfə Akosta ilə Trampın deyişməsi jurnalistin Amerika prezidentinə Rusiya ilə əlaqələri ilə bağlı istintaq haqqında sual verməsi olub. Tramp isə özünü saxlaya bilməyib və Akostanı tənqid edib, daha sonra da CNN-ni bir daha tənqid edib.

Doğrudur, media ilə müharibə siyasətçilər üçün ağır nəticələr doğura bilər - hətta ABŞ prezidenti belə olsa. Ancaq indi Tramp üçün əvvəla başqa variant yoxdur. Istənilən halda media ondan əl çəkməyəcək. İkincisi də indi sosial medianın bu qədər inkişaf etməsi Trampa əlavə üstünlük verir ki, seçiciləri ilə media olmadan birbaşa əlaqə qura bilsin. Bu səbəbdən də ABŞ prezidenti geri çəkilmir, əksinə hücum edir, medianı etibarsızlaşdırmağa çalışır. Böyük risk olsa da, cəmiyyətdə mediaya mənfi münasibət bəsləyən kəsimin olması faktı Trampın əlini gücləndirir.(“Yeni Müsavat”)

pia.az


Etiket: Tramp Media


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar