Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabahdan Azərbaycanda avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq

Azərbaycanda avtomobillərə pərdə və jalüzlərin istifadəsinə qadağa qoyulur

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib

V.Əsədov sürücüləri qanunun tələblərinə riayət etməyə çağırıb: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi normaya, eləcə də "Yol hərəkəti haqqında" Qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilib.

Təyin olunmuş standarta və tələblərə görə, nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış, sürücülər tərəfindən adətən "ştorka" adlandırılan jalüzlərin quraşdırılaraq idarə edilməsi müddəti başa çatır və bu, nəzərə alınmalıdır. Bəzi sürücülər tünd pərdə və plyonkalardan istifadə edirlər ki, bu da qanunla qadağandır. Noyabrın 16-dan etibarən yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndiriləcək və bu istiqamətdə müvafiq tədbirlər görüləcək, qanunla qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri və sürücülər cərimələnəcəklər".

V.Əsədov qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.

Qeyd edək ki, noyabrın 16-dan etibarən yol polisi qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri və sürücülərə qarşı reydlərə başlayacaq.

pia.az


Etiket: Maşın jalüz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar